Modern.az

Türkiyədə zorlama ilə bağlı qalmaqallı qanun layihəsi geri qaytarıldı

Türkiyədə zorlama ilə bağlı qalmaqallı qanun layihəsi geri qaytarıldı

22 Noyabr 2016, 12:47

Türkiyədə “cinsi təcavüz etdiyi qızla evlənəcəyi halda cəzadan azad olunma” ilə bağlı qanun layihəsi hökumət tərəfindən  qəbul olunmayıb.

 

Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, qalmaqala səbəb olan bu təkliflə bağlı çıxış edən baş nazir Binəli Yıldırım bildirib ki, məsələ lə bağlı hələ ki, bütün irəli sürülən təkliflər dəyərləndirilir:

“Bütün təkliflərin nəzərə alınması və problemin həll yolunun tapılması məqsədi ilə layihə komissiyaya geri qaytarılır.

 

Çünki bu qanunu təcavüz edən şəxslərin əfvi kimi başa düşə bilər. Amma reallıqda isə əsas məqsəd ölkədəki təcavüz problemini aradan qaldırmaqdır”.

B.Yıldırım bu məsələdə müxalifəti də birliyə çağırıb:

 

“Müxalifət partiyalarına çağırış edib bu məsələdə ortaq yol tapmağı təklif edirik. Hətta dedik ki, təklifinizi də gətirin, bu məsələni həll edək. Bununla da qanayan bir yara aradan qalxsın.

Təəssüf ki, bu çağırışımız olduğu kimi qəbul edilmədi və cəmiyyətdə fikir qarışıqlığı yaratmağa qismən nail oldular”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir