Modern.az

Yerevanda binanı partlatmaqla HƏDƏLƏDİ

Yerevanda binanı partlatmaqla HƏDƏLƏDİ

Aktual

22 Noyabr 2016, 13:25

Yerevanın Nor Nork rayonunda 39 yaşlı kişi hündürmərtəbəli binanı partlatmaqla hədələyib.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına zəng vuran həmin şəxs Banavan məhəlləsindəki 14 nömrəli doqquzmərtəbli evi partlatmağa hazırlaşdığını deyib. 

Polis və Fövqəladə Hallar Xidmətinin əməkdaşları sakinləri evaukasiya ediblər, sonradan məlum olub ki, yalançı zəng olub.

İlkin məlumata görə, zəng vuran Aboyan şəhərində yaşayan 39 yaşlı Emil Petrosyan olub. Onun binanı partlatmağa hazırlaşmadığı bildirilir.

Məqsədi hüquq-mühafizə orqanlarının nümayəndələrini bir yerə yığıb tələblərini irəli sürmək olub.

Məsələ ondadır ki, Emil Petrosyan boşanıb, arvadı isə uşaqları ilə görüşməsinə imkan vermir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar