Modern.az

AFFA 22 futbolçu və 1 hakimi cəzalandırdı - ADLAR

AFFA 22 futbolçu və 1 hakimi cəzalandırdı - ADLAR

Aktual

22 Noyabr 2016, 14:50

Bu gün AFFA İntizam Komitəsinin növbəti (İK) iclası keçirilib.

Modern.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, toplantıda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymətlər verilib.

Komissiyanın qərarına görə, bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

Mövcud nöqsanlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır.

22 futbolçu, 1 klub rəsmisi və 1 hakim olmaqla aşağıdakı şəxslər cəzalandırılıb:


“Şahdağ”

 

Kamran Ağakərimov

İqrar Səmədov

Tofiq Səfiyev

Mahiddin Ağamov  

Faik Ağarəhimov

Rafael Kübərov (inzibatçı)

        

“Rəvan”

 

Əkbər Əhmədov

Fərid Ağayev

Mirqasım Cabbarlı

Elvin Əliyev

Omid Masumi

Fərid Quliyev

Cəmşid Məhərrəmov

 

“Bakılı”

 

Bəhram Bəhramzadə

Xəzər Qəribov

       

“Göyəzən”

 

Arzuman Vəliyev

Orxan Əsgərov

Tunar Şahtaxtinski

        

“Energetik”

 

Elvin Əlizadə

Kamran Lalayev

Orxan Əlibalayev

       

“Şərurspor”

 

Mehdi Rəsulov

Samir Musayev

        

Hakim

Anar Niyazov

 

Xatırladaq ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır