Modern.az

Bakıda 1400-dən artıq müəllim qiymətləndirildi

Bakıda 1400-dən artıq müəllim qiymətləndirildi

22 Noyabr 2016, 14:52

Bakı şəhəri üzrə 8 mərkəzdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak etmiş müəllimlərin qiymətləndirilməsi keçirilib.

Bu barədə Modern.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Qiymətləndirmə Xəzər və Pirallahı rayonları üzrə 26, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 252, Xətai və Nizami rayonları üzrə 220, Binəqədi rayonu üzrə 276, Nəsimi və Nərimanov rayonları üzrə 258, Qaradağ rayonu üzrə 139, Yasamal və Səbail rayonları üzrə isə 60 nömrəli tam orta məktəbdə təşkil olunub.

Xatırladaq ki, təhsil nazirinin “Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə” əmrinə əsasən, I-IX siniflərdə dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları təşkil edilib.

Təlimlərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərlə yanaşı,məcburi köçkün, özəl və digər dövlət məktəblərində dərs deyən müəllimlər də iştirak ediblər.         

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1400-dən artıq müəllim iştirak edib.

Qiymətləndirmənin nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi