Modern.az

Ukraynanın Milli Qəhrəmanı Bakıya köçür: “Azərbaycana xidmət edəcəm”

Ukraynanın Milli Qəhrəmanı Bakıya köçür: “Azərbaycana xidmət edəcəm”

Ölkə

22 Noyabr 2016, 15:34

Ukraynanın aviasiya nəhəngi “Antonov” konserninin baş konstruktoru Dmitri Kiva Bakıya köçüb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kiva Azərbaycanın aviasiya sənayesinin inkişafı ilə məşğul olacaq.

 

“Bəli, mən belə bir qərar vermişəm. Anlaqlı olaraq bu qərarı verdim. Ümid edirəm ki, Azərbaycanın maraqlarına xidmət edəcək aviasiya işlərini gerçəkləşdirəcəm”.

 

Xatıraldaq ki, 74 yaşlı Kiva An-70 hərbi təyyarəsinin, An-148 və An-150 sərnişin təyyarələrinin baş konstruktorudur. O həmçinin Ukraynanın Milli Qəhrəmanı fəxri adını alıb.

 

Vüqar İSMAYILOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!