Modern.az

Tərtərdə top mərmisi aşkarlandı

Tərtərdə top mərmisi aşkarlandı

22 Noyabr 2016, 15:40

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 22 noyabrda Tərtər rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, Tərtər rayonu,Qaynaq kəndinda 1 ədəd partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb.

Nəticə etibarilə 900 kv.m. ərazi yoxlanılıb. Kənd ərazisində 1 ədəd partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb. Nəticə etibarilə 900 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 22 noyabrda Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilmiş, 3 956 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?