Modern.az

ABŞ Pakistanın, Rusiya isə Hindistanın arxasındadır - MÖVQE

ABŞ Pakistanın, Rusiya isə Hindistanın arxasındadır - MÖVQE

22 Noyabr 2016, 16:00

Hindistan və Pakistan arasındakı münaqişə getdikcə dərinləşməyə başlayır. Modern.az-a məsələ ilə bağlı politoloq Arzu Nağıyev açıqlama verib.

 

Politoloq bildirib ki, Kəşmir məsələsi Hindistan və Pakistan arasındakı bugünkü məsələ deyil.

“Uzun müddətdir ki, bu problem davam edir. Mütəmadi olaraq öz pik nöqtəsinə çatır və yenidən qızışır. Burada həm Qərbin həm də Rusiyanın marağı var. Bu münaqişədə ən qorxulu an bundan ibarətdir ki, hər iki ölkənin nüvə silahı var. Eyni zamanda da inanc məsələləri var”.

Arzu Nağıyev deyib ki, Pakistanın arxasında  ABŞ və NATO, Hindistanın arxasında isə Rusiya var.

 

“Buna görə də münaqişənin uzadılmasında bu dövlətlər öz maraqlarından çıxış edir. Üçüncü bir faktor isə Çindir. Bildiyimiz kimi Pakistanın Çin tərəfindən dəstəklənməsi bir çox ölkələrə qıcıq verir. Məhz buna görə də bu vəziyyət günü-gündən ağırlaşa bilər.

Ekspert bu münaqişə zamanı bir çox terror təşkilatlarının da ora gəlməsinin mümkün olduğunu qeyd edib.

 

“Ərəb dövlətlərindən sonra ən gərgin münaqişə zonası  buradır. Amma mən inanmıram ki, ərəb ölkələrində olan vəziyyət burda da olsun. Lakin bəzi terror təşkilatlarından orda da istifadə oluna bilər”.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi