Modern.az

“Vətənpərvər kimdir?” müsabiqəsinin qalibləri mükafatlandırıldılar (FOTOLAR)

“Vətənpərvər kimdir?” müsabiqəsinin qalibləri mükafatlandırıldılar (FOTOLAR)

4 Mart 2011, 11:17


Bu gün Gənclər üçün Təhsil Mərkəzi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun bir neçə ay bunda öncə başlamış və “Çingiz Mustafayevin 50 illiyinə” həsr olunmuş “Vətənpərvər kimdir?” adlı inşa müsabiqəsinin həvəsləndirici yerlərinin qaliblərini mükafatlandırılması mərasimləri yekunlaşıb.

Belə ki, bu gün keçirilən sonuncu təqdimat mərasimi də daxil olmaqla 10 orta məktəbdə keçirilən tədbirdə ümumi sayı 21 olan həvəsləndirici yerlər üzrə qaliblərə mükafatlar təqdim olunub.

Müsabiqənin 9 əsas qalibinin mükafatlandırılmasının bir neçə aydan bundan öncə Bakı şəhərində keçirilməsinə baxmayaraq, həvəsləndirici yerlər üzrə mükafatlandırmanın uzun müddət davam etməsinə səbəb qaliblərin təhsil aldıqları məktəblərin müxtəlif regionlarda yerləşməsidir.

Qeyd edək ki, əsas məqsədi məktəblilərin vətənpərvərliklə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olan müsabiqə konkret məcburi köçkün orta məktəbləri arasında keçirilib.

Müsabiqəyə təqdim edilmiş 137 inşadan ilkin seleksiya zamanı 49-u növbəti seçim mərhələsinə buraxılıb. Bu mərhələdə Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Mərkəzin ekspertlərinin dəyərləndirməsində isə 5-ci, 6-cı və 7-ci siniflər üzrə hər birindən 3 qalib və 7 həvəsləndirici (ümumi 30 mükafat) yerin sahibi müəyyənləşdirilib.

Müsabiqə Şuşa, Cəbrayıl, Kəlbəcər, Ağdam, Ağcəbədi, Füzuli, Gəncə və Mingəçevir orta məktəblərini əhatə edib.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi