Modern.az

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır” - ABŞ RƏSMİSİ

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır” - ABŞ RƏSMİSİ

Aktual

22 Noyabr 2016, 20:03

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Münaqişənin hərbi yolla həlli yoxdur. ABŞ münaqişə tərəfləri ilə işləyərək problemin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bu gün keçirdiyi brifinqdə bildirib.

B.Brink Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən getməsi ilə bağlı məsələyə toxunaraq onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb: “Uorlikin xidmətlərini yüksək qiymətləndiririk. O 3 il bu vəzifəni icra etdi. Biz onunla aprel döyüşlərində sıx işlədik. Hələlik ABŞ-ın növbəti həmsədrinin kim olacağı məlum deyil”.

B.Brink ABŞ və Azərbaycan təhlükəsizlik məsələləri, xüsusilə də terrorizm və transmilli təhlükələrlə mübarizə sahəsində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb: “Mənim səfərim Azərbaycanla uzunmüddətli əməkdaşlığımızın təsdiqinə yönəlib. Prezident İlham Əliyevlə, XİN rəhbəri ilə, vətəndaş cəmiyyətinin üzvləri və digərləri ilə məhsuldar görüş keçirdim. ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu nəzərə alır. Həmçinin, ABŞ Prezident İlham Əliyevin imzaladığı və 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək xarici qrantlarla bağlı sərəncamı yüksək qiymətləndirir. Biz bu sərəncamı vacib müsbət addım kimi dəyərləndiririk".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!