Modern.az

QHT Şurası qrant müsabiqəsinin qaliblərini elan etməyə hazırlaşır

QHT Şurası qrant müsabiqəsinin qaliblərini elan etməyə hazırlaşır

Qarabağ

4 Mart 2011, 11:54

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının müsabiqəsinə təqdim olunan layihələr hazırda ekspertiza mərhələsindədir. Bu barədə Modern.az saytına Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib. O qeyd edib ki, ekspertizanın bir hissəsinin nəticələri hazırdı, digərlərinin üzərində isə ekspertiza işləri aparılır. Eksprtizanın nəticələri katibliyə təqdim olunduqca, katiblik də həmin nəticələrin üzrərində müvafiq iş aparır və hər bir layihənin qarşısında ekspertin verdiyi qiymətləndirmənin yekünları qeyd olunur. Ondan sonra isə katiblik hər bir layihə haqqında şuraya təqdim olunması üçün arayış hazırlayır.
Bu arayışda layihə ilə bağlı məlumatlar, təşkilatın özü haqqında məlumatlar verilir. Bu arayışlardan sonra Şura müvafiq qərarlar qəbul edəcək. Bütün bu işlər tezliklə başa çatacaq, qalib QHT-lərin adları mart ayında elan olunacaq.

2010-cu ilin dekabrın 6-da elan edilən müsabiqəyə ümumilikdə 425 layihə təqdim edilib. Bu layihələrdən 328-i ekspertizaya təqdim olunub, 69-u seleksiyadan keçməyən layihələrdi.  30 təşkilat isə maliyə hesabatlarını vaxtlı-vaxtında çatdırmadığı üçün və digər nöqsanlara yol verdiyinə görə, onların layihələri geri qaytarılıb.


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?