Modern.az

İstanbulda partlayış törətməyə cəhd: Saxlanılanlar arasında azərbaycanlı da var

İstanbulda partlayış törətməyə cəhd: Saxlanılanlar arasında azərbaycanlı da var

22 Noyabr 2016, 21:44

Türkiyənin İstanbul şəhərində partlayış törətməyə hazırlaşan iki kamikadze saxlanılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanlar Özbəkistan və Tacikistan vətəndaşları olub.  Məlumata görə, "Bunyod" və "Zubeyr" kod adı altında qeydə alınan şəxslər Suriyada kamikadze təlimi alıb. Məlumat üzrə araşdırmalara başlayan xüsusi xidmət orqanları terrorçuların ünvanlarını müəyyənləşdiriblər. Terror əməliyyatı çərçivəsində daha üç nəfər də saxlanılıb. Məhkəmənin qərarı ilə sonradan sərbəst buraxılan həmin şəxslər arasında azərbaycanlı da var.

Qeyd edək ki, saxlanılan şəxslərin adları hələlik açıqlanmır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı