Modern.az

Allahşükür Paşazadə Patriarx Kirillin 70 illik yubiley mərasiminə qatılıb

Allahşükür Paşazadə Patriarx Kirillin 70 illik yubiley mərasiminə qatılıb

22 Noyabr 2016, 22:14

Moskva və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, mərasimdə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko, Rusiyanın baş naziri Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər yerli və xarici qonaqlar, diplomatlar və dövlət və hökumət nümayəndələri iştirak ediblər.

 

Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə çıxış edən Rusiya prezidenti patriarxı 70 illik yubileyi münasibəti ilə təbrik edərək ona möhkəm can sağlığı və bütün rus xalqına müqəddəs xidmətində uğurlar arzulayıb. Patriarx Kirill isə prezidentə təbrikə və bu gün İsa Məsih Məbədini ziyarət etdiyinə görə təşəkkürünü bildirib.

 

Putin isə cavabında "bu mənim üçün böyük zövqdür" deyərək yubilyarı "Svyata-Troitskaya Sergiyeva Lavra" pannosu ilə təltif edib.

 

Rusiya prezidenti daha sonra "Birinci dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordenini Moskva və bütün Rusiyanın patriarxına təqdim edib.

 

Moskvada işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko da Patriarx Kirili təbrik edib: "Sizi təkcə öz adımdan deyil, bütün Belarus xalqı adından təbrik edirəm. Lukaşenko patriarxa Minsk qızılgüllərindən ibarət buket və belaruslu gənc rəssam Anton Vırvonun əl işi olan Brestdəki Müqəddəs Nikolski kilsəsinin əks olunduğu rəsm əsərini hədiyyə edib.

 

Qeyd edək ki, Moskvada səfərdə olan QMİ sədri şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında görüş keçirilib. Patriarxın iqamətgahında keçirilən görüşdə şeyxülislam Patriarx Kirilli 70 illik yubileyi münasibəti ilə təbrik edib. Ona Azərbaycan xalçası hədiyyə edib.

 

Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin Patriarx Kirillə ünvanladığı təbrik məktubu da oxunub.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi