Modern.az

“Biz bir-birimizlə sevincimizi və kədərimizi bölüşürük” – Səfir

“Biz bir-birimizlə sevincimizi və kədərimizi bölüşürük” – Səfir

Aktual

22 Noyabr 2016, 23:46

“Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz bir-birimizlə sevincimizi və kədərimizi bölüşürük. Türkiyə ilə Azərbaycanı bir-birindən uzun illər ayırdılar. Amma biz ürəyi bir atanın, eyni ananın iki övladıyıq. İki ölkənin bir-birinə yenidən qovuşmağının tarixi 25 il oldu. Bu müddətdə biz bir birimizi daha yaxından tanıdıq, anlaşdıq”. Modern.az saytı xəbər verir ki, bunu Türkiyənin Azərnbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən “2-ci Türk Filmləri Həftəsi” açılış qalasında bildirib.

Səfir vurğulayıb ki, iki ölkə arasında tarixi bağları dərinləşdirmək üçün mədəni əlaqələr daha sıx olmalıdır: "Bu festivalda Türk kinoları ilə bir daha tanış olmaq fürsətiniz olacaq. Ürəyi-canı bir olan iki ölkənin mədəniyyət münasibətləri, kino əlaqələri daha yaxşı olmalıdır”.

Qeyd edək ki, bu gün Bakıda Türk filmləri həftəsi başlayıb. Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar