Modern.az

Bakıda yollar buz bağlayıb - maşınlar tıxaca düşdü...

Bakıda yollar buz bağlayıb - maşınlar tıxaca düşdü...

23 Noyabr 2016, 09:27

Ötən gecədən başlayan şaxtalı hava şəraiti səbəbindən  bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb.

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində, xüsusilə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var:

“Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı 20 yanvar dairəsi Tibilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.

 Diqqətinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür”.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir