Modern.az

Badamdarda İcra Hakimiyyəti hasarları sökür

Badamdarda İcra Hakimiyyəti hasarları sökür

23 Noyabr 2016, 10:02

“Səbail rayonunun Badamdar qəsəbəsində uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, qanunsuz aparılan tikintilərin sökülməsi işlərinə başlanmışdır və bu işlər sürətlə həyata keçirilir”.
Modern.az xəbər verir ki, bu sözləri Səbail Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədov deyib.

Onun sözlərinə görə, kimlərsə qeyri-sağlam şəxsi ambisiyalarını realizə etmək üçün bu ərazidə vaxtilə böyük torpaqlar zəbt edib, saxta sərəncamlarla buraları özlərinin qeyri-rəsmi biznesinə çeviriblər.

“İndi də əllərində olan saxta sərəncamları köhnə tarixlərlə vətəndaşlara satmağa çalışırlar. Təbii ki, biz də bunun qarşısını alırıq”.

 

V.Məmmədovun sözlərinə görə, hazırda həyata keçirilən söküntüprosesi dövlət  tərəfindən nəzarətlə həyata keçirilir.
O, bildirib ki, bu ərazilərdə dövlət proqramına uyğun olaraq yaşıllıq sahələrinin salınması nəzərdə tutulur və bu proses artıq gedir.

“30 hektar ərazidə damcı üsulu ilə ağaclar əkilib yaşıllıqlar salınıb. Badamdar qəsəbəsi 3-cü yaşayış massivində daha 6 hektar yer təmizlənib və orada zeytun ağacları ilə eyni qaydada yaşıllıq salınması işləri gedir.  Artıq bu məsələlərin gündəmdən çıxarılmasının vaxtı çatıb və biz yəqin ki, Badamdar qəsəbəsində mətbuat konfransının elementləri ilə açıq mikrofon keçirirək ictimaiyyətə də məlumat verəcəyik. Araşdırmalar tam başa çatdıqdan sonra lazım olsa mətbuat konfransında biz konkret olaraq kimlərin adları varsa, onları təqdim edə bilərik. Və açıq müzakirələr aparmaq olar. Burada elə sənədlər var ki, şəxsin öz adına yox başqa şəxslərin adına alınıb”.


Təsərrüfat şöbəsinin müdiri deyib ki, hər kəs qanunlara tabe olmalıdır.

“Bu cür neqativ hallar qəti şəkildə yol verilməzdir. Hər bir halda bütün məsələlər qanunvericiliyə uyğun olaraq həll olunmalıdır. Əks təqdridə bu insanlar qanun qarşısında cavab verəcəklər”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi