Modern.az

Rusiya Dağlıq Qarabağı ermənilərə verməyi tələb edir...

Rusiya Dağlıq Qarabağı ermənilərə verməyi tələb edir...

4 Mart 2011, 12:27

Kreml Azərbaycana qarşı təzyiqlərə başlayıb

Sülh danışıqları üçün  yeni təkliflər paketi hazırlanır

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Rusiya Azərbaycana ciddi təzyiq edir. Bu barədə Modern.az-a diplomatik mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Moskva son zamanlar gərginləşən ABŞ-Rusiya münasibətləri fonunda bu nünaqişə ilə bağlı mövqeyini sərtləşdirib. Rəsmi Moskva Qarabağla bağlı bir sıra ciddi dəyişiklilər barədə düşünür. Mənbə bildirib ki, Rusiya sülh danışıqlarının yeni paketni hazırlamaq niyyətinə düşüb. Kreml

Dağlıq Qarabağın, o cümlədən Kəlbəcər və Laçının ermənilərə verilməsində israr edir. Əvəzində isə 5 rayonun tam olaraq Azərbaycana qaytarılması təklif edilir. Moskva Azərbaycandan buna qarşı hər hansı etirazı qəbul etməyəcəyini diplomatik şəkildə Bakıya çatdırıb.
“Moskva artıq bir sıra böyük dövlətlərlə bu məsələni razılaşdıra bilib. Hətta Türkiyə belə, geri oturdulub”-deyə diplomatik mənbə vurğulayıb. Lakin Dağlıq Qarabağla bağlı Türkiyənin mövqeyi dəyişməz qalıb. Belə ki, Ankara sülh danışıqlarının Azərbaycanın əleyhinə olacağı ilə barışmayacağını bəyan edib.

Qeyd edək ki, bu günlərdə prezident İlham Əliyev Azərbyacana böyük təzyiqlərin olduğunu bildirib. Prezident bu təzyiqlərin konkret ünvanını göstərməsə də, bəlli olur ki, söhbət Qarabağla bağlı sülh danışıqlarından gedir. 

Martın 5-də Rusiya prezidenti Dimitri Medvedevin təşəbbüsü və iştirakı ilə üçtərəfli görüş keçiriləcək. ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə iştirak edəcəklər. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli formatda keçirilən sayca 8-ci görüş olacaq. Bu görüşdən bir qədər əvvəl isə Medvedevlə Sərkisyanın təkbətək görüşü keçirilib.

Rusiya siyasi müşahidəçiləri artıq ABŞ-ın Ermənistanı nəzarətə götürməsi təhlükəsindən danışmağa başlayıblar. Rusiya Strateji Tədqiqatlar İnstitunun direktoru Leonid Reşetnikov bildirib ki, Ermənistanda son iki ildə siyasi və sosial vəziyyət pisləşib.
Rus politoloqu vurğulayıb ki, bundan istifadə edərək ABŞ bu ölkədə fəallaşıb. “Bu təsadüfi deyil. ABŞ-ın məqsədi rusları Ermənistandan çıxarmaqdır. Bununla da onlar Cənubi Qafqazı tam nəzarət altına almağı düşünürlər”-düyə Reşetnikov erməni müxalifətinin son zamanlar aktivləşən etirazlarına işarə edib. Politoloq bildirib ki, bir –iki ildən sonra Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi tam aydın görünəcək.

Görünür rəsmi Kreml özünə ziyan olacaq siyasi böhranın qarşısını almaq üçün ənənəvi Qarabağ “kart”ına üstünlük verib. Odur ki, “Azərbaycana təzyiq” siyasəti bölgədə geosiyasi nüfuz müharibəsinin açıq konturlarından sayıla bilər.

Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir