Modern.az

Roma Papasından sensasiylı açıqlama: “İsanı yəhudilər öldürməyib”

Roma Papasından sensasiylı açıqlama: “İsanı yəhudilər öldürməyib”

4 Mart 2011, 12:32

Benedikt İsa peyğəmbərin çarmıxa çəkilməsində yəhudi xalqının məsuliyyət daşımadığını elan edib

Roma Papası Benedikt yəhudi xalqının İsa peyğəmbərin ölümündə kollektiv məsuliyyət daşıması ilə bağlı uzun müddət mövcud olan konsepsiyanın düzgün olmadığı barədə qərar verib. Bu barədə “Qardian” qəzeti məlumat yayıb. Papanın yazdığı “Nazaretdən olan İsius” kitabından seçmələr dərc edən qəzet yazını tam halda verməyə hazırlaşır.

İsa peyğəmbərin ölümündə bütün yəhudi xalqının günahkar olması barədə tezis orta əsrlərdə və daha sonra jəhudi xalqının sıxışdırılması və antisemitizmə rəvac verib. Katolik kilsəsi bunu rəsmi şəkildə rədd edib və 1965-ci ildə keçirilən ikinici Vatikan kilsə qurultayında “Nostra Aetate” deklarasiyasını qəbul edib. "Qardian" qeyd edir ki, tarixdə ilk dəfədir ki, Roma Papası bu konsepsiyanın ilahi şərhlər baxımından tənqid edir.

Kitabda Benedikt İsa peyğəmbərin çarmıxa çəkilməsində günahkar kimi “aristokratiyanı” və Varavva qiyamının tərəfdarlarının məsuliyyət daşıdığını bildirir. “Məgər bütün yəhudi xalqı (Ponti Pilatın məhkəməsində) İsanın ölümünü tələb edə bilərdimi?”-deyə Papa yazır. 

Papanın bəyanatını yəhudi təşkilatları tərifləyiblər. “Bu mühüm addımdır. Əsrlərdir antisemitizmə haqq qazandıran konsepsiyanın təkzibidir”-deyə Amerika Holokost qurbanları birliyinin vitse-prezidenti Alan Steynberq bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi