Modern.az

SOCAR neçə tələbəni təqaüdçü edib?

SOCAR neçə tələbəni təqaüdçü edib?

23 Noyabr 2016, 14:16

2005-ci ildən prezident  İlham Əliyevin tapşırığı ilə Dövlət Neft Şirkətində (SOCAR) təqaüd proqramları həyata keçirilir. Bu müddət ərzində xarici universitetlərdə 250 azərbaycanlı gəncin təhsili maliyyələşdirilib. Azərbaycanın müxtəlif ali təhsil məktəblərinin 1681 tələbəsinə “SOCAR” adlı təqaüd verilib.

SOCAR-dan Modern. az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2004-2016-cı illər ərzində SOCAR-ın Daxili Təqaüd Proqramına 19.162 nəfər müraciət edib və 1918 tələbə təqaüdçü seçilib.

 

Yay Məktəbi Proqramına 2.490 nəfər müraciət edib və 272 nəfər qalib olub.

 

Ödənişli Yay Təcrübəsi Proqramına 5 663 nəfər müraciət edib və 1 372 nəfər təcrübəçi seçilib. Xarici Təqaüd Proqramı çərçivəsində 275 nəfər tələbənin xaricdə təhsili maliyyələşdirilib və təhsilini başa vuranlar işlə təmin olunublar.

 

Qeyd olunub ki, peşəkar fəhlə kadrlarının hazırlanması üzrə 2012-2016-cı illər ərzində təlim mərkəzlərinə qəbul üçün müraciət etmiş 8. 561 nəfərdən 1 247 nəfəri məzun olub və 841 nəfər işlə təmin olunub.

Həmçinin, internat evinin 100-dən çox məzununun peşə təhsili üzrə SOCAR tərəfindən  maliyyələşdirildiyi və işlə təmin edildiyi, habelə ailə qurmuş 60 gəncin mənzil probleminin həll edildiyi bildirilib.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?