Modern.az

Uşaq Məcəlləsi Milli Məclisdə müzakirəyə çıxarılır

Uşaq Məcəlləsi Milli Məclisdə müzakirəyə çıxarılır

Parlament

23 Noyabr 2016, 15:14

Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul ediləcək.

 

Modern.az-ın xəbərinə görə, bu öz əksini  “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.

Layihənin “4.5.11. Ailə, qadın və uşaq siyasətinin əsas istiqamətləri” adlanan hissəsində göstərilib ki, Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul olunacaq.

Yeni layihəyə görə, 2017-2022-ci illər üçün “Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nı da hazırlanacaq.

Konsepsiya layihəsinin ailə, qadın və uşaq siyasəti istiqamətinə uyğun olaraq xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan qaynar xətti də yaradılacaq.

 

Layihə Milli Məclisə daxil olub və parlamentin qarşıdakı iclaslarında müzakirə olunacaq.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı