Modern.az

Ərdoğandan Ermənistana MESAJ: “Qarabağı tərk edin”

Ərdoğandan Ermənistana MESAJ: “Qarabağı tərk edin”

23 Noyabr 2016, 15:30

“Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına qarşıdır”.

Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Ərdoğan bildirib ki, işğal heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir.

Türkiyə Prezidenti söyləyib ki, işğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır: “Bu torpaqların əsl sahibləri azərbaycanlılardır və onlar öz torpaqlarına qayıtmalıdırlar. ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

 

 Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?