Modern.az

Kimin deputatı az maaş alır?.. - SİYAHI                   

Kimin deputatı az maaş alır?.. - SİYAHI                   

23 Noyabr 2016, 16:50

Son günlər gündəmin əsas mövzularından biri deputat maaşları ilə bağlıdır. Milli Məclisin üzvlərindən bəziləri birbaşa olmasa da, dolayısı ilə  maaşların artırılması barədə işarələr veriblər. Məsələn, onlar digər ölkələrin millət vəkillərinin məvacibləri ilə müqayisələr aparırlar.

İctimaiyyət nümayəndələri isə belə təklifləri təpki ilə qarşılayaraq, deputatların kifayət qədər yüksək məbləğdə əməkhaqqı aldıqları qənaətindədirlər. İqtisadçılar deyirlər ki, Azərbaycan deputatının maaşını xarici ölkələrin parlamentarilərinə verilən əmək haqqı ilə müqayisə aparmaq qüsurludur. Çünki xarici ölkələrdə orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə xeyli yüksəkdir. Bu baxımdan Milli Məclis üzvlərinin maaşı Azərbaycandakı orta aylıq əməkhaqqı ilə müqayisə olunmalıdır. Bu müqayisə isə belə deməyə əsas verir ki, 350-400 manat orta aylıq əməkhaqqı verilən Azərbaycanda deputatlar kifayət qədər yüksək məvaciblə təmin olunurlar.

Mövzu ilə əlaqədar sosial şəbəkələrdə və bir sıra internet KİV-lərdə müzakirələr də açılıb.

Modern.az saytı məsələ ilə bağlı Azərbaycan və qonşu ölkələrdə deputatlara verilən maaşlarla bağlı kiçik bir araşdırma aparıb və kimin nə qədər aldığını dəqiqləşdirməyə çalışıb. 

 

Azərbaycan – 1750 manat (1000 dollar)

Gürcüstan – 3790 lari (1518 dollar)

Ukrayna – 3650 qrivna (1406 dollar)

İtaliya – 15 000 avro (15925 dollar)

Fransa – 6 min avro (6370 dollar)

Almaniya – 8252 avro (8761 dollar)

Rusiya – 360 min rubl (5657 dollar)

Türkiyə - 17 000 lirə (5047 dollar)

Qazaxıstan – 499 min tengə (1487 dollar)

Ermənistan 660 min dram (1377 dollar)

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir