Modern.az

Peşə məktəblərində də kurikulum tətbiq olunacaq

Peşə məktəblərində də kurikulum tətbiq olunacaq

Təhsil

24 Noyabr 2016, 10:03

Azərbaycanda peşə məktəblərində kurrikulum sistemi hazırlanaraq tətbiq olunacaq.

Modern.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.

 

Layihənin “4.5.3. Təhsilin inkişafının prioritetləri” adlanan fəslində bildirilir ki, Azərbaycanda texniki-peşə təhsili üzrə yeni kurikulum, yeni ixtisas təsnifatı hazırlanaraq tətbiq olunacaq.

 

“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?