Modern.az

Surət Hüseynov biznesini Türkiyəyə köçürüb

Surət Hüseynov biznesini Türkiyəyə köçürüb

Ölkə

24 Noyabr 2016, 12:30

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov Rusiyadakı iş əlaqələrini dondurub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Surət Hüseynov, biznesinin böyük hissəsini Türkiyəyə köçürüb.

2011-ci ildə anasının vəfatından sonra həmişəlik olaraq Türkiyəyə köçən Surət Hüseynov 2 övladı və nəvəsini də özü ilə aparıb. Bununla da Rusiyadakı  iş əlaqələrinə son qoyub.

 

Mənbənin məlumatına görə, Surət Hüseynovun biznesi nəqliyyat sahəsi ilə bağlıdır. Belə ki, avtomobil və gəmi biznesi sahəsi ilə məşğul olan eks-baş nazir işlərindən çox məmnundur.

Digər məlumatda o da qeyd olunur ki, sabiq baş nazir siyasi prosesləri siyasətçi kimi  izləmir. Siyasətə heç bir iddiası da yoxdur və 57 yaşında olmasına baxmayaraq, idmanla məşğul olur.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?