Modern.az

Sərdar Cəlaloğludan Eynulla Fətullayevin qalmaqallı fikirlərinə REAKSİYA

Sərdar Cəlaloğludan Eynulla Fətullayevin qalmaqallı fikirlərinə REAKSİYA

24 Noyabr 2016, 17:24

Tanınmış jurnalist Eynulla Fətullayev “Yeni Müsavat” a müsahibə verib. Müsahibədə diqqət çəkən məqam odur ki, Eynulla Fətullayev ləğv edilmiş MTN-nin sabiq generalı Akif Çovdarovun adını 2007-ci ilin mart ayına qədər eşitmədiyini deyib. Hətta, jurnalist, bu məsələdə hansısa müxalifət liderinin onu ələ verməsindən də söz açıb.

 

“Mən Elmar Hüseynovun qətlinin izi ilə gedirdim. Əslində başqa bir adamın izi ilə gedirdim. Amma mənə dedilər ki, yox, yanlış izdəsən. Orda yeni Hacı Məmmədov var, onun da adı Akif Çovdarovdur... Ondan sonra məni bir müxalifət lideri satdı. Mən bu müxalifət liderinə zəng etdim, çünki onun məlumatlı, informasiyalı olduğunu bilirdim... Ondan görüş istədim, bulvarda çay içdik. Ona dedim ki, MTN-də Çovdarov deyə biri var, onunla bağlı məlumatlısızmı? Amma bu adamla danışanda mən bilməmişəm ki, onun keçmiş MTN rəhbərliyi ilə əlaqəsi var. Demək, bu adam mənlə görüşəndən sonra dərhal gedib MTN rəhbərliyinin yanına. Onlara deyib ki, Eynulla Fətullayev mənimlə görüşdü və Akif Çovdarovla maraqlandı. Bunlar da şübhələniblər. Çünki Akif Çovdarov o zaman qapalı isim idi”–deyə o, bildirib.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında səslənən fikirlərə münasibət bildirib.

 

“Bir halda ki, jurnalist deyirsə ki, müxalifət lideri ilə görüşmüşəm, bunu açıq bəyan etməlidir. Sətiraltı danışmaqla,  məsələni şübhə altına salır. Görüşmüsən, lap yaxşı. Konkret olaraq, kimliyini də söylə. Ya bunu sirr olaraq saxla, ya da açıq de. Oxun atıb yayın gizlətmək nəyə lazımdır?! Qalan məsələlərə gəlincə, Eynulla Fətullayevin özünü də ciddi adam kimi qəbul etmirəm”.

ADP sədri Çovdarov soyadının jurnalist tərəfindən 2007-ci ildə tanınmasına da aydınlıq gətirib.

 

“Dövlət Təhlükəsizlik Komitəsinin zabitlərini niyə hamı tanımalıdır ki?! Bunu anlamıram. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları gizli qalırlar. Ümumiyyətlə, mümkün qədər onları cəmiyyət tanımır. Onlar gəlib deyə bilməz ki, bizi hamı tanısın. Orduda o  qədər generallarımız var. Onları tanıyırıqmı?! Bu cür yanaşma doğru deyil”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi