26 iyul 2017, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Məmur işləyib xalqın pulunu mənimsəyə bilmərəm” - MÜSAHİBƏ
“Məmur işləyib xalqın pulunu mənimsəyə bilmərəm” - MÜSAHİBƏ
25.11.2016, 09:51

Bəhram Bağırzadə: “Vətəndaşlarımızın maaşlarının az olması məni narahat edən əsas məsələdir”


Tanınmış yumor ustası, şoumen, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə  Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

-Siz dövrümüzün intellektual yumor ustalarından birisiniz. Hazırda efirlərdə yayımlanan əyləncə proqramlarını və komediya filmlərini bir mütəxəssis kimi necə qiymətləndirirsiniz?

-İlk öncə demək istəyərdim ki, mən mütəxəssis deyiləm. Mən həvəskaram və elə də qalacam. Bəlkə gələcəkdə nə vaxtsa özümə peşəkar deyə bilərəm. O ki qaldı, verdiyiniz suala,  əfsuslar olsun ki, onlara baxmıram. Ümumiyyətlə, mən bir neçə ildir Azərbaycan kanallarına baxmıram.  Filmlərə də ona görə baxmıram ki, vaxtımı alır.


-Niyə baxmırsınız?

-Mən tezdən saat 7-də çıxıb, gecə saat 12-də evə  gəlirəm. Mənim də gəldiyim vaxtda futbollar başlayır və ona baxıram.


-Sizcə müasir tamaşaçını güldürmək asandır? Bunun üçün hansı nüanslara diqqət yetirmək lazımdır?

- Bəli, asandır. Ona görə ki, tamaşaçıların intellektual səviyyə aşağı düşüb. Əvvəllər isə çox çətin idi. Heç kim məndən inciməsin,  90-cı illərdə , 2000-ci ilin əvvəlində və indi səhnəyə çıxanda tamaşaçı zalına baxanda simaların çox dəyişildiyinin şahidi oluram. Hətta baxışların dəyişildiyini görürəm.


- Bəs sizi ən çox güldürən aktyor və film hansıdır?


- Bunu konkret demək mümkün deyil. Amma mənə yaxın olan filmlər Vaqif Mustafayevin filmləridir. “Bəyin oğurlanması”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Yerlə göy arası”, “Milli bomba” və s. Bu filmlər və zarafatlar mənim çox xoşuma gəlir. O ki qaldı ssenariyə, əlbəttə ki böyük dramaturqumuz Ramiz Fətəliyev.
Filmlərə baxmağa gələndə, ancaq Avropa filmlərinə baxıram. İlk növbədə İtaliya və Fransa, son zamanlarda isə İspaniya filmləri mənim xoşuma gəlir. Amerika komediyalarının isə əksəriyyətini bəyənmirəm. Çünki bayağı və çox zəifdir.


- Sizcə Azərbaycandan “Oskar” mükafatına niyə filmlər göndərilmir? Bu, filmlərin yaxşı çəkilməməsindən irəli gəlir, yoxsa peşəkarlığın olmamasından?

-Bilirsiniz, kino sənəti çox sintetik sənətdir. Bizdə elə bir komanda yığmaq çox çətindir. Bunun üçün həm rejissor, həm də operator “Oskar”a görə düşünməlidir. Ona görə də Azərbaycanda belə bir komandanı yığmaq mümkün deyil. Amma mən çox istəyərəm ki, bizim filmlər də “Oskar”da iştirak etsin.



- Onda yəqin yerli serialları da izləyimirsiniz. Günü-gündən çoxalan seriallarımızın heç birində sizi görə bilmirik. Bəlkə təklif olunan məbləğ sizi qane etmir?

- Bəli, Azərbaycan seriallarını izləmirəm. Amma mən onun tərəfdarı deyiləm ki, seriallar çəkilməsin. Birincisi nə qədər çox serial çəkilsə, daha da yaxşıları olacaq. Serial xırda bir fabrikdir. Orda yüzlərlə insan işləyir və evlərinə çörək aparır. O ki qaldı mənə, bir neçə serialda çəkilmişəm. Məbləğin qane etməməyi barədə isə elə bir şey yoxdur. Sadəcə  serial çox vaxt aparan bir şey olduğu üçün gərək bütün işlərini atıb, ona çəkiləsən. Mənim isə elə bir vaxtım yoxdur.


-Mətbuatla aranız necədir? ANS-in bağlanmağına təssüflənmədiniz ki?

-ANS-in bağlanması mən bilən siyasi məsələlərlə bağlıdır. Mən də siyasətçi deyiləm. Yaradıcı insan kimi deyə bilərəm ki, bir kanalın bağlanması bizim işimizi çətinləşdirir. Digər tərəfdən də heyfislənirəm ki, orda işləyən insanlar çörəksiz qaldılar. Onlar üçün təzə iş yerləri açılmadı. Mətbuatla isə aram əladır. Hər bir jurnalist mənim dostumdur. Düzdür, son zamanlar bəzi jurnalistlərlə aramızdan su keçib.  Həmin jurnalistlər illər keçdikcə, həyatı daha da mənimsəyib və püxtələşəcəklər. Ondan sonra isə düzələcəklər.


- Noyabrın 7-18-i tarixlərində Avstriyada-Vyana Beynəlxalq Mərkəzində sizin çəkdiyiniz karikaturalar və Bakının əks olunduğu fotolar ilk dəfə sərgilənib. Bəhram  Bağırzadə yaxşı aktyordur, yoxsa karikaturaçı? Daha hans ölkələrdə çəkdiyiniz şəkillərin sərgilənməsini istəyirsiniz?


- Bəhram Bağırzadə birinci növbədə əla vətəndaşdır. Öncə vətəni sevməliyik. Mən bu gün yaxşı aktyoramsa, Vyanada Bakının səkillərini sərgidə nümayiş etdirirəmsə, bu vətənə olan sevgimdən irəli gəlir. Peşəsini sevən insan yaxşı aktyor , karikaturaçı , jurnalist də ola bilər. O ki qaldı, ikinci sualınıza, bu mənim istəyimdən asılı olan bir şey deyil. Mənim Avstriyada sərgimin keçirilməsini isə onlar təşkil ediblər. Yenə dəvət etsələr, gedib iştirak edəcəm.



-“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu neçə illərdir cəmiyyətdə ciddi narahatlıq doğuran çatışmazlıqları, problemləri gündəmə gətirib. Maraqlıdır, bu gün sizi cəmiyyətdə daha çox nə narahat edir?

-Məni cəmiyyətdə ilk narahat edən məsələ vətəndaşlarımızın maaşlarının az olmasıdır. Azərbaycanın əsas problemlərindən biri budur. İnsanların əsəbi, xəstə, mədəniyyətsiz olması, intihar və boşanmaların sayının artmasında əsas səbəb kimi bu durur. Dünən bir qadın müəllimə özünü asdı. Həmin müəllimənin yoldaşı və övladı yoxdur. Bu kimi halların hamısı pulsuzluqdan irəli gəlir. Orta hesabla vətəndaşlarımız 1000 avro maaş alsa, inanın ki, millət və dövlət kimi bizdən xoşbəxti dünyada olmayacaq. Maaş problemi həll olunsa, digər problemləri bir gecədə bir ilə kimi həll etmək olar.



-Bu yaxınlarda sizin də üzvü olduğunuz ”Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov mətbuata müsahibəsində məmurların dözümsülüyündən şikayətlənmişdi. Demişdi ki, “məmurlar bizi tapdalayır, təhqir edirlər”. Sizcə məmurlar niyə ”Planet Parni iz Baku”nun parodiyalarına belə dözümsüzlük göstərirlər?

Vallah mən nə bilim... Bunu həmin məmurlardan soruşmaq lazımdır. Biz öz işimizi görmüşük və görəcəyik də. Allah bizə nə qədər güc versə, o qədər də mübarizəmizi aparacağıq. Həmin karikaturaları da səhnədə göstərəcəyik.



-Deyəsən
Planet Parni iz Baku” teatrı tamaşalarını nümayiş etdirmək üçün telekanal tapa bilmir... Səhv etmirəmsə, sonuncu tamaşalarınızdan birini yayımlamaqdan imtina etmişdilər...

-Vallah mən bu barədə dəqiq bilmirəm. Amma telekanallar bununla nəsə itiriblər., biz yox. Bizim üçün Heydər Əliyev sarayı və kinoteatrlar var. Telekanalların ”Planet Parni iz Baku”nun çıxışlarını verməməyi bədbəxtçilikdən irəli gəlir. Çünki, kimsə yəqin bunlara qadağa qoyub.


-Bəzi insanlar bildirirlər ki, Bəhram Bağırzadə reklamlara çəkildikdən sonra onun nüfuzu aşağı düşdü. Bəs siz necə hesab edirsiniz?

-Bilirsiniz mən də həyatda çox şeylər istəmirəm. Mən həmin insanlara deyərdim ki, “gedib öz işləri ilə məşğul olsunlar”. Bu mənim sənətimdir. Mənim çörəyim ordan çıxır. Mən məmur işləyib rüşvətlə, xalqın pulun mənimsəməklə məşğul ola bilmərəm. Bilirsiniz bu nəyə oxşayır? Yaxınlaşıb yol poliso işçisindən soruşursan ki, niyə bütün gün yollardasan? O da qayıdıb deyər ki, “yeri get işinlə məşğul ol”. Mən xoşbəxtəm ki, Azərbaycanda minlərlə aktyor ola-ola İsveçrədən və Türkiyədən məhz məni P&G-nin reklamına dəvət ediblər. Onlar mənim sənətimə bələd olub və sorğu aparıblar ki, Azərbaycanda kimə inanırsınız? Sorğu zamanı 95 faiz insan məni dəstəkləyib. Sabah mən Amerikada da kinoya çəkilə bilərəm. Bu da kiminsə xoşuna gəlməyə bilər. Buna sevinmək lazımdır. Allah mənə o hissiyyatı bəxş edib ki, digər insanın qələbəsinə sevinim.

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycandan şəxsi maşını ilə Həccə getmək istəyənlər kimlərdir...   
26.07.2017, 14:22

Azərbaycandan şəxsi maşını ilə Həccə getmək istəyənlər kimlərdir...  

Başqırd alim Molla Pənah Vaqifin şerlərini tərcümə edib
26.07.2017, 14:02

Başqırd alim Molla Pənah Vaqifin şerlərini tərcümə edib

Fransalı jurnalistlər Azərbaycana gəldi
26.07.2017, 14:00

Fransalı jurnalistlər Azərbaycana gəldi

Şəfa Kazımova ADU-da mətbuat katibi vəzifəsindən azad edildi
26.07.2017, 13:54

Şəfa Kazımova ADU-da mətbuat katibi vəzifəsindən azad edildi

“Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” - Azərbaycan BƏYANAT VERDİ   
26.07.2017, 13:37

“Ermənistan regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” - Azərbaycan BƏYANAT VERDİ  

Cavanşir Feyziyevin köməkçisi komitə rəhbəri oldu - FOTO
26.07.2017, 13:36

Cavanşir Feyziyevin köməkçisi komitə rəhbəri oldu - FOTO

Jurnalist Ağa Cəfərliyə ADU-da vəzifə verildi   
26.07.2017, 13:30

Jurnalist Ağa Cəfərliyə ADU-da vəzifə verildi  

Bakıda qanunsuz küçə ticarətinə niyə son qoya bilmirlər...
26.07.2017, 13:18

Bakıda qanunsuz küçə ticarətinə niyə son qoya bilmirlər...

ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirdi
26.07.2017, 13:03

ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirdi

Azərbaycana İŞİD xəbərdarlığı – RƏSMİ
26.07.2017, 12:50

Azərbaycana İŞİD xəbərdarlığı – RƏSMİ

Ətin qiyməti niyə bahalaşır... - SƏBƏBLƏR   
26.07.2017, 12:47

Ətin qiyməti niyə bahalaşır... - SƏBƏBLƏR  

Sabahın hava PROQNOZU - İstilər güclənir  
26.07.2017, 12:36

Sabahın hava PROQNOZU - İstilər güclənir  

Sentyabrda dollara tələb artacaq
26.07.2017, 12:31

Sentyabrda dollara tələb artacaq

“Beynəlxalq Bank işi” ilə bağlı materiallar DİN-ə göndərilib
26.07.2017, 12:21

“Beynəlxalq Bank işi” ilə bağlı materiallar DİN-ə göndərilib

Azərbaycandakı bir sıra dövlət qurumlarında ciddi yeyintilər aşkarlandı
26.07.2017, 12:16

Azərbaycandakı bir sıra dövlət qurumlarında ciddi yeyintilər aşkarlandı

535 minə yaxın mənzil özəlləşdirilib
26.07.2017, 12:08

535 minə yaxın mənzil özəlləşdirilib

Qarabağda müharibə başlasa, Rusiya konkret mövqe seçəcək – Tanınmış ekspertdən PROQNOZ   
26.07.2017, 12:07

Qarabağda müharibə başlasa, Rusiya konkret mövqe seçəcək – Tanınmış ekspertdən PROQNOZ  

Mediadan qaçan mətbuat katiblərinin adları elan olunacaq  
26.07.2017, 12:06

Mediadan qaçan mətbuat katiblərinin adları elan olunacaq  

Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verəcəklər
26.07.2017, 12:05

Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verəcəklər

“Tatneft”in rəhbərliyi Bakı Ali Neft Məktəbində
26.07.2017, 12:02

“Tatneft”in rəhbərliyi Bakı Ali Neft Məktəbində

İribuynuzlu heyvanlar xəstəliyə qarşı peyvənd olunur
26.07.2017, 11:58

İribuynuzlu heyvanlar xəstəliyə qarşı peyvənd olunur

“Çudo Peçka”nın sahibi HƏBS EDİLDİ   
26.07.2017, 11:55

“Çudo Peçka”nın sahibi HƏBS EDİLDİ  

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir
26.07.2017, 11:49

Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir

ADU-nun tələbəsi Azərbaycanı Çində təmsil edib
26.07.2017, 11:45

ADU-nun tələbəsi Azərbaycanı Çində təmsil edib

"Rabitə işi" - Vidadi Zeynalov və digərlərinə hökm oxunması təxirə salınıb
26.07.2017, 11:42

"Rabitə işi" - Vidadi Zeynalov və digərlərinə hökm oxunması təxirə salınıb

Türkiyə ilə ABŞ arasında növbəti GƏRGİNLİK - raketlər hara tuşlanacaq... 
26.07.2017, 11:39

Türkiyə ilə ABŞ arasında növbəti GƏRGİNLİK - raketlər hara tuşlanacaq... 

İcra nümayəndəsi övladları ilə intihar etmiş ana haqda DANIŞDI: “Bütün kənd şokdadır”   
26.07.2017, 11:34

İcra nümayəndəsi övladları ilə intihar etmiş ana haqda DANIŞDI: “Bütün kənd şokdadır”  

Elnur Nağızadə Məleykə Abbaszadə haqda hansı sensasiyalı faktlar açıqlayacaq?   
26.07.2017, 11:25

Elnur Nağızadə Məleykə Abbaszadə haqda hansı sensasiyalı faktlar açıqlayacaq?  

Komitə sədrinin müavini, iqtisadçı professor, poeziya həvəskarı...   
26.07.2017, 11:19

Komitə sədrinin müavini, iqtisadçı professor, poeziya həvəskarı...  

DİM 189 abituriyentə xəbərdarlıq etdi
26.07.2017, 11:09

DİM 189 abituriyentə xəbərdarlıq etdi

İtkin düşən abituriyent tapıldı - YENİLƏNİB
26.07.2017, 11:04

İtkin düşən abituriyent tapıldı - YENİLƏNİB

Şəmkirdəki dəhşətli intiharla bağlı cinayət işi açıldı   
26.07.2017, 10:40

Şəmkirdəki dəhşətli intiharla bağlı cinayət işi açıldı  

ADU-da Yay məktəbi davam edir
26.07.2017, 10:35

ADU-da Yay məktəbi davam edir

 “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”
26.07.2017, 10:24

 “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”

Moody's agentliyi Kapital Bank-ın reytinqini açıqladı
26.07.2017, 10:16

Moody's agentliyi Kapital Bank-ın reytinqini açıqladı

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.6%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.38%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(50%)
- İmtahan testləri çətinləşdirilmişdi(11.9%)
- İmtahanlar asan keçdi(2.38%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.76%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(11.9%)