Modern.az

“Fuad Muradov öz peşəkarlığını avropalı deputatlara göstərdi”

“Fuad Muradov öz peşəkarlığını avropalı deputatlara göstərdi”

Parlament

25 Noyabr 2016, 11:47

“Noyabrın 20-24 arasında Strasburq səfəri zamanıAVRONEST Parlament Assambleyasında Azərbaycanın ərazi bütövlüyü, Azərbaycana qarşı zaman-zaman tətbiq edilən ikili standartlar məsələsi qaldırıldı.

 

Müzakirələrdə Ermənistanın hazırda Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinin beynəlxalq hüquq normalarına zidd olmasını avropalı deputatlara çatdırdıq”.

 

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədr  müavini Rövşən Rzayev deyib.

 

Deputat AVRONEST Parlament Assambleyasının  Büro  və prosedur  qaydaları  üzrə  işçi  qrupunun  iclaslarında qurumun Azərbaycan üzrə nümayəndə heyətinə yeni təyin olunmuş sədri Fuad Muradovun fəaliyyətindən də danışıb:

 

“Milli Məclis bu yaxınlarda Azərbaycanın AVRONEST Parlament Assambleyasına yenidən qatılmaqla bağlı qərar qəbul etdi.

 

AVRONEST Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbərliyi Fuad Muradova həvalə olundu. Fuad Muradov bu işdə öz fəaliyyətini yüksək peşəkarlıqla qura bildi.

 

Keçirdiyimiz görüşlərdə Fuad Muradov öz bilik və bacarıqlarını avropalı deputatlara göstərdi. Müzakirələrdə Azərbaycanın maraqlarına cavab verən bütün məsələlər müzakirə olundu.

 

Strasburq görüşü Fuad Muradovun AVRONEST Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ilk səfəri olaraq daha çox avropalı həmkarlarımızla yaxından tanışlıq idi.

 

Avropalı deputatlar da anladılar ki, gənc, Qərb təhsilli, ingilis dilli, müasir düşüncəli, vətənpərvər, işgüzar və ciddi bir siyasətçi ilə öz işlərini quracaqlar”.

 


Xatırladaq ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad  Muradov, Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədr  müavini Rövşən Rzayev AVRONEST Parlament Assambleyasının  Büro  və prosedur  qaydaları  üzrə  işçi  qrupunun  iclaslarında  iştirak  etmək  üçün noyabrın 20-dən 24-dək Fransanın Strasburq şəhərində səfərdə  olublar. 

 

Toplantılarda gündəlikdə olan məsələlərlə yanaşı, cari ildə Belarusda və  Gürcüstanda keçirilmiş  parlament,  Moldovada  prezident  seçkilərinin nəticələri müzakirə  edilib.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır