Modern.az

Jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunur

Jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunur

25 Noyabr 2016, 11:51

Azərbaycanda dindarlar üçün yeni moizələr kitabı nəşr olunacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, artıq bir moizələr kitabı çapdan çıxıb və ikinci möizələr kitabının çapına hazırlıq görülür.

QMİ sədri deyib ki, Azərbaycanda "Şeyxülislam" mükafatının yaradılması nəzərdə tutulur. O qeyd edib ki, bunun üçün tapşırıqlar verilib, bu mükafatlar din sahəsindən yazan jurnalistlər üçün də veriləcək.

“Fəaliyyətimdə jurnalistlərə çox arxalanıram və onlardan təkliflər gözləyirəm”.

 

Şeyxülislam din-dövlət münasibətlərinin inkişafında medianın rolunu yüksək qiymətləndirib:

“Bu gün Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur. Bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir