Modern.az

Sumqayıtın Tarixi Muzeyi şəhərin 60 illiyini qeyd edib

Sumqayıtın Tarixi Muzeyi şəhərin 60 illiyini qeyd edib

4 Noyabr 2009, 10:15

Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində buradakı Tarixi Muzeyi silsilə tədbirlər keçirib.
Modern.az xəbər verir ki, muzey əməkdaşları mədəni-maarif müəssisələrində “Sumqayıt  şəhərinin  yaranma  tarixi”, “Sumqayıtın  dostluq  əlaqələrinin tarixi”, “Sumqayıtın  mədəniyyət  tarixindən” mövzusunda  mühazirələr oxuyub, “Sumqayıt  şəhərinin  yaranma  tarixi”  adlı  səyyar  sərgilər   nümayiş  etdiriblər.
Muzeyin direktoru O.İslamova və elmi işçisi N.Zeynalov Sumqayıt şəhərinin quruculuğunda və inkişafında xidməti olan ağsaqqal və ziyalılarla keçirilən görüşlərdə iştirak edib və Sumqayıtın yaranma tarixi haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər. 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi