Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində buradakı Tarixi Muzeyi silsilə tədbirlər keçirib.
Modern.az xəbər verir ki, muzey əməkdaşları mədəni-maarif müəssisələrində “Sumqayıt şəhərinin yaranma tarixi”, “Sumqayıtın dostluq əlaqələrinin tarixi”, “Sumqayıtın mədəniyyət tarixindən” mövzusunda mühazirələr oxuyub, “Sumqayıt şəhərinin yaranma tarixi” adlı səyyar sərgilər nümayiş etdiriblər.
Muzeyin direktoru O.İslamova və elmi işçisi N.Zeynalov Sumqayıt şəhərinin quruculuğunda və inkişafında xidməti olan ağsaqqal və ziyalılarla keçirilən görüşlərdə iştirak edib və Sumqayıtın yaranma tarixi haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər.