Modern.az

Gələn il deputatların maaşı üçün bu qədər vəsait ayrılacaq

Gələn il deputatların maaşı üçün bu qədər vəsait ayrılacaq

26 Noyabr 2016, 10:47

Azərbaycanda gələn il deputatların aylıq maaşları üçün yarılan vəsaitin miqdarı bəlli olub.

Modern.az-ın xəbərinə görə, bu öz əksini Azərbaycan Milli Məclisinin “2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində tapıb.

 

Layihəyə görə, 2017-ci ildə təkcə 2 443 608 manat deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

Ümumilikdə isə gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək.

Qanunverici orqana ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna istiqamətlənəcək.

 

Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

 

Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi