Modern.az

Azərbaycanda qanunsuz qazıntı aparan xarici arexoloqlar - SİYAHI

Azərbaycanda qanunsuz qazıntı aparan xarici arexoloqlar - SİYAHI

Qarabağ

26 Noyabr 2016, 10:57

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan Azıx mağarasında qanunsuz qazıntı işləri aparan xarici arxeoloqları mükafatlandırıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Böyük Britaniya vətəndaşı Piter Cons Endryus, Tanya Kristin Kinq, İrlandiya vətəndaşı Con Mürrey və İspaniya vətəndaşı Yolanda Fernandes-Halvay qazıntı işlərinə görə separatçıların “Vaçaqan Barepaşt” medalı ilə təltif olunublar.

 

Qazıntılar zamanı mağarada aşkar olunan ibtidai insan çənəsi, sümüklər və ov alətləri isə Ermənostan muzeylərinə göndərilib.

Xatırladaq ki, Azıx mağarası Füzuli və Hadrut rayonlarının sərhəddində, Quruçayın sol sahilində yerləşir. 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar