Modern.az

Hacıbəyli qardaşlarının nigarançılığı

Hacıbəyli qardaşlarının nigarançılığı

26 Noyabr 2016, 11:21

 Erməni terroru, vəhşiliyi, məkri, hiyləsi, xəyanəti, riyakarlığı, fahişəliyi, vəfasızlığı, ikiüzlülüyü barədə tədqiqatçıların, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin, səyyahların, salnaməçilərin qələmə aldıqları  tarixi mənbələrdə, arxiv sənədlərində, bədii, publisistik   əsərlərdə küllü miqdarda dəlililər var. Erməni xislətinə daha bir eybəcərlik xasdır: oğurluq, plagiatçılıq.

 

Azərbaycan xalqına məxsus  musiqi əsərlərinin, folklor nümunələrinin və digər  mədəni irs nümunələrinin, hətta daşınmaz tarix və mədəniyyət abidələrinin  əsrlər boyu bəri ermənilər tərəfindən oğurlandığına, mənimsənildiyinə və erməni nümunələri kimi təqdim edildiyinə  dair nəinki əcnəbi məxəzlərdə, eləcə də erməni mənbələrində  saysız-hesabsız   fakt məlumdur. Son iki yüz ildə  indiki Ermənistan ərazisindəki minlərlə türk mənşəli toponim dəyişdirilmiş,  bir sıra sənədlərdə Qafqazdakı çox sayda Alban kilsələri,  qədim abidələr haqqında məlumatlar saxtalaşdırılaraq erməni milli sərvəti təqdim edilmişdir. 

 

Ermənilər Azərbaycanın "Sarı gəlin", "Süsən sünbül" və onlarca digər xalq mahnılarını, "Yallı", "Vağzalı", "Köçəri", "Uzundərə", "Mirzəyi" rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.  Ermənilər digər milli sərvətlərimiz kimi milli xörəklərimizi  də öz adlarına çıxarırlar, oğurlayırlar. Bu gün onlar ta qədimdən Azərbaycanın milli xörəyi sayılan və qəbul edilən plovu, yarpaq, kələm, badımcan dolmasını, kabablarımızı, lavaşı həyasızcasına öz adlarına çıxırlar. Qısaca desək, yüz illərdir ki, ermənilər XI əsr fars ədəbiyyatının parlaq nümunələrindən olan "Qabusnamə"də yazıldığı kimi,“bədfеl, kündəbədən, оğru, gözü götürməyən, bir аyаğı qаçmаqdа оlаn, yеrsiz hаy-küy sаlаn, vəfаsız, riyаkаr, söyüş söyən, ürəyi xıltlı, аğаsınа düşmən” xislətindən əl çəkmir. Tanınmış içveç şərqşünası, “Müsəlman intibahı”  kitabının müəllifi  prof.Adam Mets (1869-1917) ermənilər haqqında keçmişdə deyilənləri və gələcəkdə deyiləcəkləri  özünün üç cümləsi ilə ifadə etmişdir: “... аğ qullаrın ən pisi еrmənilərdir. Аbır-həyаlаrı yоxdur, оğurluqlаrı оlduqcа məşhurdur. Оnlаr yаlnız dəyənək və qоrxu аltındа yаxşı işləyirlər”.

 

Ermənilərin oğruluğuna daha bir tarixi sənəd şahidlik edir. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Versal sülh konfransında iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərarından sonra  Əlimərdan bəy Topçubaşovun  başçılıq etdiyi və Ceyhun Hacıbəylinin də daxil olduğu  Azərbaycan nümayəndə heyəti 1919-cu il aprelin 22-də Parisə yola düşür. Bir müddət sonra Ceyhun bəy böyük qardaşı Üzeyir bəydən məktub alır.1920-ci il yanvarın 16-da- Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin tanınmasından 5 gün sonra  yazılan, “Azərbaycan” qəzeti idarəsindən (1919-cu ildə  Üzeyir Hacıbəyov "Azərbaycan" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş və 1920-cu il aprelin 28-dək bu vəzifədəçalışmışdır)  yola salınan və  “Gözümün işığı Ceyhun!”la başlayan məktubda Ü. Hacıbəyli hal-əhvaldan, kiçik girişdən sonra nigarançılıqla yazır: “Bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan(Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919 il avqustun 1-də özünün Ukraynadakı keçmiş diplomatik nümayəndəsi Mir Yusif Vəzirovu- Yusif Vəzir Çəmənzəminlini İstanbula göndərilən diplomatik missiyanın başçısı təyin etmişdir- T.A. ) bir məktub aldım.

 

Yazır ki, ermənilərin fransızca “Renessans” qəzeti iddia edir ki,  “Arşın mal alan”ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eləyir ki, mən əsərlərimin notlarını çap edib ona göndərim ki, o da  səfarət xərcinə onların  bütün Avropada, Amerikada intişarına səy etsin. Hərgah mən Parisdə olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz olaraq çap etdirərdim. Mən əhvalatı Nəsb bəyə (Nəsib bəy Yusif oğlu Yusifbəyli (1881-1920) Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir- T. A.)söylədim, o, dedi   ki, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.

 

Dahi bəstəkar daha sonra qardaşına yazır ki, gələcəkdə sizin buraya gəlmək, yaxud mənim Parisə getmək imkanımız olsa, o zaman “musiqi işlərimlə məxsusi məşğul olub, bu xüsusda Avropa əfkari-ümumiyyəsinin diqqətini  cəlb edərdik. Üzeyir Hacıbəyli erməni oğruluğundan o dərəcə ehtiyatlanırdı ki, məktubunda  Bakıda “O olmasın, bu olsun” tamaşasına “ingilis böyüklərindən birinin də baxdığını, qeydlər apardığını, əsərin müəllifinin kim olduğunu da cib dəftərçəsinə yazdığını Ceyhun bəyə xəbər verməyi lazım bilirdi. Üzeyir bəy qardaşına sevinclə yazırdı ki, əsərlərim Avropalıların marağına səbəb olur. Ona görə də bu yolda müntəzəm işləməliyik.

 

 Tarix göstərir ki, ermənilərin öz xislətindən –oğurluqdan əl çəkmək niyyəti yoxdur. Onlardan zərər görməmək, erməni plagiatlığına qarşı effektli mübarizə aparmaq  üçün çarə Üzeyir bəyin dediyinə qalır “...bu yolda müntəzəm işləməliyik”, “Oğru varlı evə göz dikər”- atalar sözü ilə təsəlli , təskinlik tapmamalıyıq...

 

Abid TAHİRLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı