Modern.az

Avropada ən çox vergi alan ölkələr - SİYAHI

Avropada ən çox vergi alan ölkələr - SİYAHI

26 Noyabr 2016, 17:39

Avropa İttifaqı ölkələrində ümumi daxili məhsulda orta vergi və sosial sığorta haqlarının nisbəti 2015-ci ildə 40 faiz təşkil etməklə 2014-cü il səviyyəsində qalıb.



Modern.az xəbər verir bu “Eurostat”ın məlumatında öz əksini tapıb. 

Məlumatda qeyd edilir ki, avro zonasında ümumi daxili məhsula vergi nisbəti bir ildə 41,5 faizdən 41 faizə qədər aşağı düşüb. 

Digər bir qeydə görə, Avropa İttifaqında və avro zonada vergi yükü 2010-cu ildən sonra ilk dəfə artıb. 



Avropa İttifaqında ümumi daxili məhsulda vergi nisbəti ən çox Fransada (47,9 faiz) qeydə alınıb. 

Digər ölkələrdə belə olub: Danimarka (47,6 faiz), Belçika (47,5 faiz), Avstriya (44,4 faiz), İsveç (44,2 faiz), Finlandiya (44,1 faiz) və İtaliya (43,5 faiz). 

2014-cü illə müqayisədə 2015-ci ildə bu göstərici Avropa İttifaqı ölkələrinin əksəriyyətində artıb. 

Yalnız 7 ölkədə - ən çox İrlandiyada (29,9 faizdən 24,4 faizə qədər) və Danimarkada (50,3 faizdən 47,6 faizə qədər) azalıb.



Ən aşağı vergi yığımı keçən il İrlandiyada (24,4 faiz) olub. 

Bu göstərici Rumıniyada 28, Bolqarıstanda 29, Litvada 29,4 və Latviyada 29,5 faiz olub. 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir