Modern.az

Fransada sağ mərkəzçilər prezidentliyə namizədi seçir

Fransada sağ mərkəzçilər prezidentliyə namizədi seçir

27 Noyabr 2016, 14:05

Bu gün Fransa sağ mərkəzçiləri ilkin seçkilərin ikinci turunda prezidentliyə vahid namizədi müəyyənləşdirəcəklər.

Modern.az xarici mediaya istinadən bildirir ki, respublikaçılar arasında ikinci tura iki siyasətçi – bir həftə əvvək 44,1 faiz səs toplayan keçmiş baş nazir Fransua Fiyon, eləcə də 28,6 faiz səslə Bordonun meri Alen Jyuppe keçib.

Bu cütlükə birinci turda keçmiş prezident Nikolya Sarkozi da yarışıb. Lakin 20,7 faiz səs toplamaqla sonrakı mərhələdən kənarda qalıb.

Sarkozi rəqiblərindən hansını dəstəklədiyini isə açıqlamayıb.

Fransada prezident seçkiləri gələn ilin may ayında baş tutacaq. Proqnozlara görə, məhz sağ mərkəzçilərin namizədinin dövlət başçısı seçilmək şansı çoxdur.

Qeyd edək ki, ilkin seçkilərin birinci turunda favorit Aleh Kyuppe sayılsa da, keçmiş baş nazir gözlənilmədən qalib gəlib. 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir