Modern.az

Prezidentlər Almaniyada görüşəcək? – RƏSMİ

Prezidentlər Almaniyada görüşəcək? – RƏSMİ

27 Noyabr 2016, 18:29

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi üçün Almaniyanın Hamburq şəhərində görüşəcəyi dəqiq deyil.

Modern.az saytının xəbərinə görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan tert.am-a açıqlamasında bildirib.

O, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan rəhbəri Serj Sarkisyanın görüşə hazır olub-olmadıqları haqda suala isə belə cavab verib:

“Görüş olanda bu haqda xəbər veriləcək. Daha dəqiq desək,  bu görüş olacaqsa...”-deyə o qeyd edib.

S.Koçaryan görüşün baş tutub-tutmamasının nədən asılı olduğuna dair sualı isə cavablandırmayıb.

 

Aqşin KƏRİMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı