Modern.az

“Məzi” unudulub

“Məzi” unudulub

Mədəni̇yyət

28 Noyabr 2016, 11:14

Tanınmış aktyor, əməkdar artist, mərhum Elçin Həmidovun dünyasını dəyişməsindən 5 ilə yaxın vaxt keçir.

“Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı “Məzi” obrazı ilə daha çox yadda qalan Elçin Həmidov şəxsi həyatında uğurlu ömür yaşamayıb.

 

Ata-anasını vaxtsız itirən aktyorun, 2 qardaşı və bacısı olsa da, onlar da vaxtından əvvəl dünyasını dəyişiblər. Yaxın dostlarının məlumata görə, aktyorun sağlığında digər qohumları ilə də sıx təması olmayıb.

Tanımış aktyor, vaxtilə mərhumun yaxın dostu olan Bəhram Bağırzadə Modern.az-a açıqlamasında aktyorun qohumları ilə əlaqələrindən danışıb.

 

“Bilirsiniz ki, Elçin Həmidovun ailəsi olmayıb. Bu gün onun qohumları ilə də əlaqəmiz yoxdur. Ümumiyyətlə, heç KVN-nin vaxtında da bizim Elçinin qohumları ilə də əlaqəmiz olmayıb. Biz ancaq onu tanıyırdıq. O, rəhmətə gedəndən sonra isə ən azı ildə 2 dəfə Tahir İmanovla birgə onun qəbrini ziyarətə gedirik. Məzarı başında dua oxuyuruq. Amma qohumlarını nə o zamanlar, nə də indi tanımışıq. Biz tez-tez onu yada salırıq. Elçin Həmidov çox gözəl insan idi”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!