Modern.az

Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlanır

Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlanır

28 Noyabr 2016, 11:39

Milli Məclis Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlayır.

Modern.az-ın xəbərinə görə, bunu parlamentin sədr müavini Bahar Muradova Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.

Komitə sədri bildirib ki, yeni qanun layihəsi Xocalı soqırımının törədilməsindən 25 illiyi ilə bağlı hazırlanır. B.Muradova deyib ki, nəzərdə tutulan qanun layihəsi Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim ediləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də çıxışında qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Deputat Azay Quliyev də çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir. A.Quliyev vurğulayıb ki, bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət kampaniyası” uğurla davam etdirilir.

 

Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı hazırlanacaq yeni qanun layihəsinin təsnifatı da bəlli olub.

 

Bu barədə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin Milli Məclisdə keçirilən təqdimatında parlamentin Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov məlumat verib. Aparat rəsmisi deyib ki, layihə MM tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq: “Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil.

 

Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”.

 


Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu