Modern.az

Böhrandan xilas olmaq üçün neft neçəyə olmalıdır?  

Böhrandan xilas olmaq üçün neft neçəyə olmalıdır?  

28 Noyabr 2016, 16:13

“Bloomberg” agentliyi neft asılı olan ölkələrin büdcələrini sabirtləşdirmək üçün “qara qızıl”ın tələb olunan minimal səviyyəsini müəyyən edib.

 

Modern.az agentliyə isitnadən xəbər verir ki, hesablamalara görə bu barədə iqtisadçıların araşdırmaları nəticə çıxarmağa əsas verib.

 

İran öz büdcəsini balanslaşdırmaq və büdcə kəsirinin qarşısını almaq üçün neftin 1 barelinin 55,30 dollara olmasına ehtiyac var. İraq üçün bu ehtiyac 58,30 dollar, Ekvador üçün 104,69 dollar, Anqola üçün 66,06 dollar, Əlcəzair üçün 90,60 dollar, Liviya üçün 216,50 dollar, Nigeriya üçün 85,40 dollar, Qətər üçün 62,10 dollar, Səudiyyə Ərəbistanı üçün 79,70 dollar, Birləşmiş Ərəb Əmirlikləri üçün 58,60 dollar, Venesuela üçün 117,50 dollar və Rusiya üçün 69 dollar səviyyəsində müəyyən olunub.

 

“Bloomberg”in analitiklərinin fikrincə, neftin qiyməti büdcə balanslaşdırılması ilə yanaşı, həmin ölkələrdə investisiya potensialı, inflasiya səviyyəsi və v. təsir eədəck.

 

Vüqar İSMAYILOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi