Modern.az

Süni qidaların reklamı qadağan edildi

Süni qidaların reklamı qadağan edildi

29 Noyabr 2016, 13:54

Süni qida məhsullarının rekalamı qadağan olunur. Bu məsələ “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin iclasında adı çəkilən qanuna dəyişiklik məsələsi müzakirə olunub. Burada süni qida məhsullarının reklamına müəyyən qadağalar öz əksini tapıb.

Qanunun 10-cu maddəsinə edilənə dəyişikliyə əsasən, 10.6 maddəsinə-süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibbi müəssisələrdə yayımlanması qadağandır. 10-7 bəndində isə göstərilib: yalnız sertifikatlaşdırma barədə sənədləri olduqda.

 

Süni qida məhsulları reklam edilə bilər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. 10-8 maddədə bildirilib: Süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərə məsləhətləşmənin  zəruriliyi göstərilməlidir. Həmçinin Ana südünün üstünlüyü qeyd olunmalıdır.

 

10-9 maddəsində Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir