Modern.az

Yevlaxda təmtəraqlı yas məclislərinə, dəbdəbəli məzarlara qadağa qoyulub

Yevlaxda təmtəraqlı yas məclislərinə, dəbdəbəli məzarlara qadağa qoyulub

29 Noyabr 2016, 16:10

Uzun illərdir Azərbaycanda dəfn və yas mərasimləri təmtəraqlı bir hala gətirilib. Vəfat edənlərin yaxınları ehsan süfrələri açarkən qonşularından geri qalmamaq üçün daha yaxşısını etməyə can atırlar. Doğrudur, bir müddət öncə isə yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müəyyən addımlar atıldı, amma sonra yenidən əvvəlki vəziyyətə qayıdıldı. Verilən  tövsiyələr unuduldu.

Redaksiyamıza verilən məlumata görə, Yevlax şəhərində təmtəraqlı yas mərasimlərinin keçirilməsinə, qəbiristanlıqlarda bahalı məzar daşlarının qoyulmasına icazə verilmir.

Yevlax şəhər İcra Hakimiyyətinin atdığı bu təqdirəlayiq addım ətraf rayonlarda yaxşı qarşılanıb.

 

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı Yevlax şəhər İcra Hakimiyyətinin İctimai- siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədovla əlaqə saxlayıb.
İcra hakimiyyətindən faktı təsdiqləyiblər.

 

İcra Hakimiyyətinin rəsmisi Yevlax şəhərində artıq uzun müddətdir ki, təmtəraqlı yas mərasimlərinin keçirilmədiyini bildirib.


“Əvvəllər 3, 7 və 40 mərasimləri keçirilirdi. Daha sonra isə 7 və cümə axşamları yığışdırıldı. İndi yas mərasimində isə çay, halva, xurma verilir. Digər şeyləri isə etməmək barədə insanlara tövsiyə və məsləhət verişik. Hətta icra başçısının atası da vəfat edəndə də bu qaydalara əməl olundu”.


H.Əhmədov həmçinin qeyd edib ki, “Çənlibel” adlandırılan ərazidəki yeni qəbirsanlıqda mərhumlar eyni qaydada və bir sıra ilə dəfn edilirlər.

“Əvvəllər bəzi insanlar var idi ki, qəbirlərin ətraflarını hasara alırdılar.  Geniş sahələr zəbt edirdilər. İndi isə biz buna icazə vermirik. Qəbirsanlıqda heç bir hasarlama yoxdur. Hətta biz bələdiyələrə bununla bağlı müəyyən göstərişlər də vermişik. Dəbdəbəli məzarlar yoxdur. Hər kəs yaxılnlarını eyni qaydada dəfn edir”.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir