Modern.az

Deputatdan qazın və işğın qiymətilə bağlı hökumətə ÇAĞIRIŞ

Deputatdan qazın və işğın qiymətilə bağlı hökumətə ÇAĞIRIŞ

29 Noyabr 2016, 16:20

“Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər”.

 

Modern.az-ın xəbərinə görə, bunu millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından, əhali arasında ciddi narahatçılıqa yaranıb. 


Ə.Məsimlinin sözlərinə görə, əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq:

“Yox, əgər real olaraq düzgün mexanizm tətbiq edə bilməyəcəksə, bu ciddi problemlərə yol açacaq və narazılıqlara səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın”.

 

Deputat vurğulayıb ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşmaya da təkan verəcək və böhranı bir az da dərinləşdirəcək:

 

“Manatın ucuzlaşması fonunda ölkəyə idxal olunan məhsulların qiyməti sürətlə artır. Eyni zamanda Azərbaycanın real gəlirlərinin aşağı düşməsi özünü təkcə bu il deyil, qarşıda gələn illərdə də göstərəcək. Qiymətlər qalxacaq. Ona görə də hökumətə təklif edirəm ki, əməkhaqqı, pensiya və müavinətlərin məbləği qaldırılsın. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülsün. Eyni zamanda, yaranmış vəziyyətlə bağlı xarici ölkələrin təcrübəsindən də yararlanmalıdır. Xarici ölkələrdə qaz və elektrik enerjisinin qiymətinin tətbiqində mövsümi, gecə və gündüz faktorları istifadə olunur. Bu praktikadan bəhrələnmək olar. Belə olmayacağı təqdirdə əhali arasında ciddi narazılıqların və kataklizmlərin olması istisna deyil”.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir