Modern.az

İlin sonuna kimi ölkədə iqtisadi durğunluq olacaq - nazirdən bədbin PROQNOZ

İlin sonuna kimi ölkədə iqtisadi durğunluq olacaq - nazirdən bədbin PROQNOZ

İqtisadiyyat

30 Noyabr 2016, 11:34

“Cari ilin sonuna Ümumi Daxili Məhsulun (ÜDM) istehsalının 58,8 milyard manat olması, başqa sözlə 2,8 faizlik resessiyaya malik qalacağı gözlənilir”.

 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2017-ci il dövlət büdcə layihəsinin komitələrin birgə iclasında müzakirəsi zamanı deyib.

O bildirib ki, makroiqtisadi sabitlik əsas hədəf qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək.

 

“Layihədə yeni iqtisadi təlatümlər, reallıqlar ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb. Cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. ÜDM istehsal olunub, real azalma 3,7% olub.

 

Xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunu böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalmasını buna səbəb kimi göstərmək olar. Bunun nəticəsində 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib”-deyə nazir qeyd edib.

 

Ağa AKİFOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi