Modern.az

Azərbaycan iqtisadiyyatı qarşısında duran risklər bəlli olub

Azərbaycan iqtisadiyyatı qarşısında duran risklər bəlli olub

İqtisadiyyat

30 Noyabr 2016, 12:49

Gələn il üçün Azərbaycan iqtisadiyyatı qarşısında duran risklər bəlli olub.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib . Nazir müavini bildirib ki, xarici konyukturdakı qeyri-müəyyənliklər, əsas ticarət tərəfdaşlarının iqtisadiyyatlarının hələ də zəif bərpa templəri və bu fonda Mərkəzi Bank tərəfindən sərt monetar siyasətinin həyata keçirilməsi, fiskal konsolidasiya, bank sektorunda sağlamlaşdırma tədbirlərinin hələ də davam etməsi növbəti ildə iqtisadi inkişaf qarşısında duran əsas risklərdir.

 

“Koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası əsas amillərdəndir”. 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir