Modern.az

İlham Əliyevdən işıq və qaz pulu ilə bağlı TAPŞIRIQ

İlham Əliyevdən işıq və qaz pulu ilə bağlı TAPŞIRIQ

Hadisə

30 Noyabr 2016, 13:02

“İki gün əvvəl Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib.

 

Bununla bağlı, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir”.

Modern.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov  2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.

 

"Bununla əlaqədar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində müvafiq dəyişikliklərin edilməsi, həmçinin “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsində dəyişiklik edilməklə, ünvanlı sosial yardımın tətbiq edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 105 manatdan 116 manata çatdırılması nəzərdə tutulur"-deyə Samir Şərifov əlavə edib.

 

Ağa Akifoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir