Modern.az

Dəmiryolunda YENİLİK - mətbuat katibliyi ləğv edildi - FOTO

Dəmiryolunda YENİLİK - mətbuat katibliyi ləğv edildi - FOTO

Media

30 Noyabr 2016, 13:03

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi baş verib.

Bu haqda Modern.az-a məlumat verən Nadir Əzməmədov deyib ki, qurumda Mətbuat katibliyi ləğv edilib:

“Sədr Cavid Qurbanovun əmri ilə qurumun Mətbuat Katibliyi ləğv edilərək İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib”.

N.Əzməmmədov isə Şöbənin nəzdində fəaliyyət göstərəcək Mətbuat xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O bildirib ki, jurnalistlər hər hansı məsələ ilə bağlı ona da müraciət edə biləcəklər.

 

 

Gülşən RAUFQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?