25 mart 2017, Şənbə
Ana Səhifə - MEDİA - Azərbaycana beynəlxalq jurnalistika lazımdır: Su kimi, hava kimi…
Azərbaycana beynəlxalq jurnalistika lazımdır: Su kimi, hava kimi…
30.11.2016, 15:25

Həmid VƏLİYEV,  

BDU Beynəlxalq jurnalistika Kafedrasının, müdiri professor

 

Artıq xəbər verildiyi kimi, noyabrın 16-17-də Bakıda dünya xəbər agentliklərinin V konqresi, Asiya və Sakit Okean Ölkələri Təşkilatnın XVI Baş Assambleyasının birgə iclasları keçirilmişdir. Beş qitəni, 80 ölkəni, dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağın, BMT-UNESCO-nun rəsmi nümayəndəsinin, habelə regional media qurumları əməkdaşlarının iştirak etdiklərii  tədbirin açılış mərasimində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərin məzmunlu nitq söyləmiş, ölkəmizdə medianın inkişafı üçün hər cür şəraitin yaradıldığından danışmış, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetin mövcud olduğunu göstərmiş, ölkə ərazisində 10 milli, 1 peyik, 13 regional və 17 kabel televiziyasının yayımlandığını, ölkəmizi internetin tam azad olduğu məkan kimi vurğulamışdır.

 

Dövlətimizin başçısı ölkəmizdə mətbuat azadlığının mövcudluğunu qeyd etməklə yanaşı, beynəlxalq jurnalistikanın təmsilçilərini daha ədalətli mövqedə dayanmağa  və dünyada baş verən hadisələri dəqiqliklə təhlil etməyə çağırmışdır; konqres iştirakçılarının nəzərinə çatdırmışdır ki, medianın rolu gündən-günə artır və bununla yanaşı məsuliyyət də artır. “Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı – burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.”

 

Bu tarixi nitq Azərbaycan jurnalistikası, xüsusilə də beynəlxalq jurnalistikamız qarşısında şox böyük vəzifələr  qoyur,  sahənin inkişaf etdirilməsinin vacibliyini  irəli sürür.

Beləliklə , beynəlxalq jurnalistika bu gün həmişə olduğundan daha aktualdır, bu sahə üçün kadr hazırlanmasının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bəs bizdə bu sahədə vəziyyət necədir?

Azərbaycan ali məktəblərinin bayraqdarı Bakı Dövlət Universiteti müstəqillik illərində kadr hazırlığı və yeni ixtisasların tətbiqi sahəsində müəyyən uğurlar qazanmışdır. Belə uğurlardan biri də jurnalist kadrlarının hazırlanması sahəsindədir. 2004–cü ilin ortalarında  universitetin Elmi Şurası jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının yaradılması haqqında qərar vermişdir. Bundan bir az sonar isə rektorluq Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan etmişdi. Əlbəttdə, belə bir yeniliyi xaotik vəziyyəti aradan qaldırmaqda, kütləvi informasiya vasitələrində əsas etibarı ilə peşəkarların işləməsini təmin etməkdə,  jurnalistikamızın beynəlxalq miqyasda özünə layiq yer tutmasında bu kafedranın rolu ölçüyəgəlməz dərəcədə böyük olacaqdı.

 

Bu sətirlər oxucuda elə təsəvvür yaratmasın ki, beynəlxalq jurnalistika Azərbaycan üçün yenilik olub,  bu sahədə heç bir təcrübəmiz yox idi. Əslində, biz bu ixtisasa  qayıdırdıq. Ədalət naminə demək lazımdır ki, sovet imperiyasının dağılmasından sonra adı dünya xəritəsinə yazılmış yeni bir suveren dövlət – Azərbaycan Respublikası, qədim mədəniyyət və zəngin təbii sərvətlər diyarı, Qafqazda ən böyük ölkə olan bu respublika -şimalı və cənubu, qərbi və şərqi bir-biri ilə bağlayan şərti geosiyası xətlərin qovuşduğu ərazidə yerləşdiyindən dünya dövlətlərinin,  dünya xalqlarının və beynəlxalq təşkilatların diqqətini cəlb etdi. Beynəlxalq münasibətələrdə Azərbaycanın bütün tarixi ərzində misli görünməmiş dərin dəyişikliklər baş verdi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına, İslam Konfransı Təşkilatına və bir sıra digər iri beynəlxalq təşkilatlara qəbul edildi. Bu müstəqillik, bu azadlıq asanlıqla qazanılmadı. Müstəqilliyimizin düşmənləri 1988-ci ildə Qarabağ fitnəkarlığını, 1990-cı ildə 20 Yanvar faciəsini törətmək, respublikamızda dövlət çevrilişlərinə dəstək verməklə daxili sabitliyi pozmağa, ölkədə hərc-mərclik yaratmağa və beləliklə, dərinləşməkdə olan müsbət proseslərin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmədilər.

Azərbaycan müstəqillik əldə etdiyi elə ilk vaxtlardan etibarən dövlətçiliyin möhkəmləndirilməsi, xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi sahəsində böyük işlər görməyə başladı. Müstəqil dövlətə layiq kadrların, SSRİ dövründə Azərbaycanda hazırlanmayan bir sıra ixtisaslar üzrə kadrların yetişdirilməsinə mühüm əhəmiyyət verildi. Müxtəlif ixtisaslar üzrə kadrlar hazırlamaqda həmişə öncül yerdə gedən Bakı Dövlət Universiteti yenə də birinciliyi əldən verməməyə çalışdı. Hələ müstəqillik uğrunda mübarizənin ilk illərində BDU-da beynəlxalq hüquq, beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika ixtisasları sahəsində mütəxəssislər hazırlanması ideyası meydana çıxmışdı.

 

BDU-nun Elmi Şurası 1990-1991-ci tədris ilində o dövrədək Azərbaycanda hazırlanmayan kadrlar yetişdirmək, bu sahədə mövcud boşluğu aradan qaldırmaq məqsədilə Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini yaratdı. Burada Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və Beynəlxalq jurnalistika ixtisasları üzrə mütəxəssislər meydana çıxdı. Fakültə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu əvəz edən bir ali məktəb təsiri bağışlayırdı. Beynəlxalq jurnalistika bölməsinin tədris planı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun və Moskva Dövlət Universitetinin təcrübəsindən bəhrələndiyinə görə BDU-nun jurnalistika fakültəsinin tədris planından əsaslı surətdə fərqlənirdi. Tələbələrə ixtisas fənləri beynəlxalq yönümdə öyrədilirdi, xarici dillər dərindən tədris edilirdi. Tələbələr eyni zamanda diplomatik yazışma qaydalarına, beynəlxalq hüququn əsaslarına  yiyələnirdilər. Beləliklə, Beynəlxalq jurnalistika ixtisasına sahib olanlar təkcə jurnalist kimi yox, həm də politoloq və diplomat kimi yetişirdilər. Onların xarici dilləri, xüsusilə ingilis, fransız və alman dillərini mükəmməl bilmələri, İnternetdən istifadə etməyi bacarmaları əcnəbi dillərdə olan ən yeni ədəbiyyatdan istifadə etməyə imkan verirdi. Tələbələrin yazdıqları diplom və dissertasiya işləri yüksək elmi-nəzəri səviyyədə olurdu. Onlarda yenilik hissi, zamanın ruhu duyulurdu.

Qısa bir zamanda böyük nüfuz qazanan, Azərbaycan jurnalistikasına yeni nəfəs gətirən Beynəlxalq jurnalistika şöbəsi  jurnalistika fakültəsinin müəllimlərini narahat etməyə başladı və onlar həmin şöbənin  bağlanmasını, ən yaxşı halda isə jurnalistika fakültəsinə birləşdirilməsini təklif edir, Beynəlxalq jurnalistikanın mövcudluğunu danır, onun heç bir maddi-texniki bazasının olmadığını sübuta yetirməyə çalışırdılar. Jurnalistika fakültəsinin başbilənləri ötən əsrin 50-60-cı illərindən qalma mikrofonu və primitiv radiostudiyasını maddi-texniki baza kimi qələmə verirdilər. Beynəlxalq jurnalistika şöbəsinin  tələbələrinin ən yeni ədəbiyyata malik kitabxanadan istifadə etdiklərini, İnternetin xidmətlərindən yararlandıqlarını bilmir, yaxud bilmək istəmirdilər.

 

Beynəlxalq jurnalistika şöbəsinin  lüzumsuzluğu haqqında səhv fikirlər   çox təəssüf  ki, yaxşı təşəbbüsün əl-qolunu bağladı. Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistikaya qarşı “mübarizəsi” Beynəlxalq jurnalistika üzrə bakalavr pilləsinə qəbulun dayandırılmasına səbəb oldu, Beynəlxalq jurnalistikanın elə ilk buraxılışlarının böyük nüfuz qazanmasına heç kəs əhəmiyyət vermədi, tələbələrin və məzunların səsinin ən mötəbər idarələrdən, kütləvi informasiya vasitələrindən, tanınmış xarici firmalardan gəlməsinə diqqət yetirən olmadı. Belə faktlara isə diqqət yetirməyə dəyərdi. Beynəlxalq jurnalistika ixtisasına yiyələnmiş Mətin Mirzə Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbəri idi; Rauf Ocaqverdiyev AZAL-da şöbə müdiri, Ruslan Səmədov Qərb Universitetində rəhbər vəzifədə çalışırdılar; Fərhad Quliyev BP şirkətində fəaliyyət göstərirdi; Xəlil İbrahim Seyhan Türkiyənin STV kanalında Azərbaycan həqiqətlərini dünyanın 100-dən çox ölkəsinə yayırdı; Azərbaycan Avropa Şurasına qəbul edilən vaxt AzTv-ni və Space TV-ni Beynəlxalq jurnalistika şöbəsini bitirmiş Elnar Məmmədlinin  və Mehman Mehdiyevin təmsil etmələri onların peşə hazırlığının yüksəkliyindən, mənəvi keyfiyyətlərindən xəbər verirdi. Məzunlarımızdan Qabil Orucov Mərkəzi Seçki Komissiyasının üzvü  idi. Leyla Tağıyeva ANS TV-nin ən yaxşı müxbirlərindən biri hesab edilir: “Gəlir hara gedir?” verilişinin yaradıcısı və aparıcısı idi.

Bütün bunları dedikdən sonra belə bir suala cavab vermək lazım gəlir: “Azərbaycana beynəlxalq jurnalist lazımdırmı?” Bu suala müstəqilliyimizi, dünya ölkələrinə getdikcə genişlənən inteqrasiyamızı nəzərə almaqla cavab vermək olar: “Azərbaycana beynəlxalq jurnalist su kimi, hava kimi lazımdır”. Müasir jurnalistikamızı dünya standartları səviyyəsinə çatdırmaq üçün Beynəlxalq jurnalistika ixtisasına yiyələnən kadrların yetişdirilməsinə diqqət yetirilməlidir.Təəssüf ki, bakalavr pilləsinə qəbul dayandırıldı və Beynəlxalq jurnalistikanın magistraturası 1999-2000-ci dərs ilində jurnalistika fakültəsinə qatıldı.

 

Öz iddialarını dünyada Beynəlxalq jurnalistikanın mövcud olmaması ilə əsaslandırmağa çalışanlara demək lazımdır ki, İkinci dünya müharibəsindən sonra İngiltərənin “Sandi Tayms” qəzetinin rəhbərliyi bu mətbuat orqanında çap olunan xarici informasiyanın səviyyəsindən narazı idi və tədbir görməyi qərara aldı. Əvvəllər Röyter agentliyində, sonra isə “Tayms” jurnalında Moskva müxbiri işləmiş Yan Fleminqdən xahiş etdi ki, “Sandi Tayms” qəzetinin nəzdində Beynəlxalq jurnalistlər korpusu yaratsın. Böyük təcrübəyə və zəngin nəzəri biliyə malik olan, Moskva mühitində bərkdən-boşdan çıxmış ingilis jurnalisti tapşırıq üzərində xeyli işlədikdən sonra öz layihəsini redaksiyanın rəhbərliyinə təqdim etdi. Burada bir sıra şərtlər vardı. Həmin şərtlərin ən vaciblərini vurğulamaq istərdik.

 

Birinci şərt: Beynəlxalq jurnalist ən azı bir xarici dili mükəmməl bilməlidir.

İkinci şərt: müxbir işləyəcəyi ölkənin və regionun tarixini və mədəniyyətini, etnoqrafiya və coğrafiyasını, ölkədə yaşayan xalqların adət və ənənələrini bilməlidir.

Üçüncü şərt: Beynəlxalq jurnalistin öz nöqteyi-nəzəri, dərin biliyi və müstəqil xarakteri olmalıdır.

Dördüncu şərt: müxbir işləməyə göndərildiyi ölkədə yaşamalıdır.

 

Qeyd etmək lazımdır ki, Yan Fleminqin hazırladığı layihə bu günün özündə də aktualdır. Ölkəmiz Beynəlxalq jurnalistika orbitində yerini getdikcə möhkəmləndirmək, beynəlxalq jurnalistikamızın uğurlarını təmin etmək üçün bu şərtləri həyata keçirməlidir. Mütəxəssislər belə hesab edirlər ki, mətbuatın dördüncü hakimiyyət olduğundan danışarkən məhz Beynəlxalq jurnalistikanın üzərində dayanmaq lazımdır, çünki Beynəlxalq jurnalistikada informasiya son dərəcə məqsədyönlü olur. Yeri gəlmişkən, deyək ki, əgər 1988-ci ildə - Qarabağda ermənilərin bu torpağı Ermənistana qatmaq uğrunda hərəkatı qızışmağa başladığı bir zamanda Azərbaycan Beynəlxalq jurnalistika orbitində olsaydı, yəni Azərbaycanın heç olmazsa, inkişaf etmiş bəzi ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransa kimi bir neçə ölkədə Beynəlxalq jurnalistika ilə məşğul olan nümayəndələri fəaliyyət göstərsəydi, biz informasiya blokadasında qalmazdıq, xalqımızın haqq səsi eşidilərdi.

 

Beynəlxalq jurnalistika beynəlxalq münasibətlərin tərkib hissəsidir, bu münasibətlərin formalaşmasında, inkişafında və tənəzzülündə onun rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq jurnalistika fakültəsi artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Həmin fakültə öz auditoriyalarına MDBMİ-nin xüsusi kateqoriyasını - ən yüksək təhsilli, ən əvvəl, istedadlı və yaradıcı şəxsiyyətləri toplamışdır. Mövcud olduğu illər ərzində fakültə Aleksandr Qurnov,Artyom Borovik, Aleksey Kondulukov, Yaroslav Skvortsov, Stanislav Kuçer və başqaları kimi məşhur jurnalistlər yetişdirmişdir. Fakültədə Rusiyada ilk dəfə olaraq ictimaiyyətlə əlaqələr (Publik relations) ixtisası üzrə mütəxəssislər hazırlamağa başlamışlar. Beynəlxalq turizm üzrə menecerlər hazırlanması üçün şöbənin açılması fakültənin tarixində mühüm mərhələ olmuşdur.

Beynəlxalq jurnalistika fakültəsində xarici dillərin tədrisi əsas yer tutur və tədris planında buna bütün fənlərdən daha çox – 425 saat ayrılır.

 

Fakültədə tədris olunan fənləri bizim jurnalistika fakültəsində öyrədilən fənlərlə müqayisə etsək, beynəlxalq jurnalistika ilə adi jurnalistika arasındaki fərqləri aydınca görmək olar. Bizim jurnalistlərə “İnformatika” fənni tədris edilir. Lakin riyaziyyatdan zəif biliyə malik tələbələr informatikanı lazımi səviyyədə qavraya bilmirlər. Görünür, bunu nəzərə alan MDBMİ-nin beynəlxalq jurnalistika fakültəsinin rəhbərliyi tələbələrə 140 saat həcmində “Riyaziyyat və informatika” fənninin öyrədilməsini zəruri hesab edir. “Diplomatik və konsulluq xidməti və protokol” (70saat), “Beynəlxalq jurnalistin yaradıcıllıq emalatxanası” (50 saat), “Beynəlxalq mövzuda reportaj” (50 saat) fənlərinin tədris edilməsi, “Kütləvi kommuniksiyanın psixologiyası” və “Jurnalistikanın sosiologiyası” kurslarına yer ayrılması Beynəlxalq jurnalistikanın adi jurnalistikadan fərqlərini görməyə imkan verir.

Bundan əlavə, Beynəlxalq jurnalistika fakültəsində “Rusiyanın beynəlxalq münasibətlər və xarici siyasət tarixi” kursuna 340 saat yer ayrılması çox şey deyir. “Xarici siyasət idarəsinin informasiya-analitik işi” kursunun öyrədilməsi də beynəlxalq jurnalistika ixtisasının əhəmiyyətini artırır. Bizim hələ də məhdud təsəvvürə malik olduğumuz “İşgüzar jurnalistika” kursunun vacibliyini də unutmaq olmaz. Bir sözlə, Beynəlxalq jurnalistika fakültəsinin tədris planına nəzər yetirərkən burada hər şeyin vacib olduğunu, ikinci dərəcəli fənlərin olmadığını aydınca görürük.

 

Bəziləri mətbuatı, jurnalistikanı dördüncü hakimiyyət hesab edirlər. Əlbəttə, mətbuatı güzgü adlandıranlar da çoxdur, xidmətçi kimi qiymətləndirənlər də. Bu fikirlərin hər birinə konkret anlamda haqq qazandırmaq mümkündür. Jurnalistika 2-ci və ya 3-cü fikri daha çox doğruldur. Yəni, mətbuat həqiqəti əks etdirirsə, güzgüdür, qərəzli əks etdirirsə, əyri güzgüdür; kiminsə xidmətçisidir.

 

Birinci fikir üzərində dayanmaq lazımdır. Bu, mübahisəlidir, çünki çoxları mətbuatı dördüncü hakimiyyət, ümumən hakimiyyət hesab etmir, hakimiyyətin əlində alət, yaxud hakimiyyətin əleyhinə işləyən vasitə sayır. Əgər biz jurnalistikanı hakimiyyət hesab ediriksə, onda məhz beynəlxalq jurnalistikanın üzərində dayanmalıyıq. Çünki beynəlxalq jurnalistikada informasiya son dərəcə məqsədyönlü olur. Hamıya çoxdan məlumdur ki, CNN sülhü və müharibələri idarə edir. İnformasiya siyasətin real, təsirli amilinə çevrilib.

 

Beynəlxalq jurnalistika beynəlxalq hadisələrin səmərəsini artırır. Yuqoslaviya hadisələrini yada salaq. CNN dünyaya belə bir informasiya yaymışdı ki, serblər müsəlman qızını zorlayıb öldürmüşlər. Tezliklə bu hadisə ilə əlaqədar olaraq dünya ictimai rəyi formalaşdı və həmin rəy serblərin əleyhinə yönəldildi. Belə bir informasiyadan son dərəcə asılı olan diplomatiya da tezliklə həmin vəziyyətdən Yuqoslaviya hökümətinin əleyhinə istifadə etdi. Rusiyanın Çeçenistanda apardığı müharibənin heç də terrorizmə qarşı aparılmadığı fikrini də dünyada beynəlxalq jurnalistika formalaşdırmışdır. Elə buradaca demək lazımdır ki, beynəlxalq jurnalistika, hətta inqilabların hazırlanıb həyata keçirilməsində mühüm rol oynayır. Ayətullah Xomeyni Fransada yaşayarkən şah rejiminin devrilməsini məhz KİV vasitəsilə hazırlayıb həyata keçirdi. Burada tarixə müraciət etmək yerinə düşərdi. Məlum olduğu kimi, İkinci dünya müharibəsində Amerika Birləşmiş Ştatları və İngiltərə alman faşizminə qarşı müharibədə SSRİ-nin müttəfiqi idi. Sovet, Amerika və İngiltərə əsgərləri arasında dostluq yaranırdı. Müharibədən sonra həmin dostluq münasibətləri SSRİ və ABŞ-ın sadə vətəndaşlarına da sirayət etməyə başlamışdı. Lakin bu, sosializm quran və marksizm-leninizm ideyalarına daim sadiq olan SSRİ rəhbərliyinə əl vermirdi. Sovet imperiyasının ərazisində nəşr olunan qəzet və jurnallar daim burjua həyat tərzini pisləyir, kapitalizmin ölməkdə olduğunu sübut etməyə çalışırdı.

 

Əlbəttə, ABŞ-ın rəhbərləri də bu məsələlərə kənar müşahidəçi münasibəti bəsləmir və kütləvi informasiya vasitələrinin köməyi ilə sovet gerçəkliyinin iç üzünü açıb dünya ölkələrində yayılan mətbuat orqanları canlı faktlar əsasında hazırlanmış və sovet həyat tərzinin çirkinlərini ifşa edən materiallarla doldurulurdu. Kapitalist ölkələri barəsində yayılan yayanlara, böhtanlara dərhal cavab verilirdi. Bu isə SSRİ barəsində ictimai rəyin formalaşmasına kömək edirdi. O dövrdə mətbuat aləminə çox yaxşı tanış olan Olsop qardaşları bu sahədə böyük iş görürdülər. Bu işin nəticəsi kimi meydana çıxan “Reportyor peşəsi” kitabını nəzərdən keçirdikdə görürük ki, SSRİ-nin ABŞ-a qarşı düşmənçilik mövqeyindən çıxış etməsi həmin ölkənin rəhbərliyində və jurnalistlərində narazılıq doğurmuşdu.

 

Olsop qardaşlarının kitabında jurnalistikanın, xüsusilə beynəlxalq jurnalistikanın necə böyük gücə malik olduğu göstərilir. “Nyu-York tayms” qəzetininbu sahədəki fəaliyyəti haqqında əsər yazmış Q.Telis də Olsop qardaşlarının dediklərini nisbətən başqa şəkildə göstərir. O yazırdı: “Hər hansı bir məsələni siz bir gün ərzində sübut edə bilməzsiniz. Yalnız fasiləsiz təsir göstərməklə oxucunun təsəvvürü dəyişilə bilər. “Nyu-York tayms” məhz belə edir.Qəzetin irəli sürdüyü və vurğuladığı məsələni daha böyük maraqla və diqqətlə oxumağı oxucuya məcbur etmək çox vacibdir. Hətta  reklam belə sadəcə kommersiya işi deyildir, müəyyən siyasi məqsədlər güdür”.

 

Amerikanın bütün qəzetləri, o cümlədən  “Nyu-York tayms”, “Vaşinqton post”, “Çikaqo tribun” körfəz müharibəsi zamanı beynəlxalq mövzuya xüsusi diqqət yetirmiş, müharibə zamanı baş verən hadisələrin işıqlandırılmasını dövlət xüsusi nəzarətə götürmüşdü. ABŞ-ın İraqa qarşı müharibəsində də bu prinsipə əməl edilirdi. Çünki söhbət ABŞ-ın iqtisadi və siyasi mənafelərindən gedirdi. Neft yataqları ilə zəngin olan regionda amerikalıların öz təsirini saxlamağa çalışması təbiidir. Digər tərəfdən, son illərdə Amerikanın xarici siyasətində beynəlxalq təhlükəsizliyə, demokratiya və insan hüquqlarına riayət edilməsinə cəhd göstərilməsi mühüm istiqamətlər kimi meydana çıxır.

 

Magistratura pilləsi üçün Beynəlxalq jurnalistika kafedrasının  həll olunması vacib olan problemlər yaradır. Belə problemlərdən birincisi beynəlxalq jurnalistikanın bakalavr səviyyəsini bərpa etməkdir. Belə ki, son illər beynəlxalq jurnalistikanın magistratura pilləsində kadr hazırlanması təcrübəsi göstərir ki, jurnalistika  fakültəsini bitirənlərin ən yaxşıları belə beynəlxalq jurnalistika şöbəsinin magistraturasında özlərini lazımi səviyyədə göstərə bilmirlər. Onların baza təhsilinin ümumi jurnalistika olması magistraturada yüksək bilik nümayiş etdirməyə imkan vermir. Bundan əlavə, beynəlxalq jurnalistika şöbəsinə daha hazırlıqlı, daha mədəni, daha vətənpərvər abituriyentlərin qəbulunu təmin etmək üçün test imtahanlarından əvvəl qabiliyyət imtahanı tətbiq etmək daha yaxşı səmərə verərdi. Eyni zamanda, jurnalistika şöbəsində dərs deyən aparıcı müəllimlərin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq jurnalistika fakültəsində ixtisasartırma kursu keçmələrini təmin etmək yerinə düşərdi.

 

Bizə elə gəlir ki, beynəlxalq jurnalist kadrları hazırlamaq sahəsində müəyyən təcrübəmiz vardır və Azərbaycanda tarix, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər, ədəbiyyat və mədəniyyət  sahələrində dərin bilik qazanmış beynəlxalq jurnalist kadrları yetişdirilə bilər və yetişdirilməlidir. Bu, zamanın tələbidir. Bizim isə zamanın tələbindən geri qalmağa haqqımız yoxdur.

                                                                                 

                                                                                                                          

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.03.2017, 00:56

XİN rəhbərləri Daşkənddə toplanır

25.03.2017, 00:33

Çörəyin çəkisi azaldı, qiyməti ucuzlaşdı – Video

25.03.2017, 00:17

İsveçrədə Türkiyə ilə bağlı istintaq  başladı

24.03.2017, 23:57

Rusiyada barıt zavodunda yanğın

24.03.2017, 23:40

Samvel Babayan 2 ay müddətinə həbs olunub

24.03.2017, 23:21

ABŞ İranla bağlı 30 şirkətə qarşı sanksiya tətbiq etdi

24.03.2017, 23:18

Yəməndə 4 min 773 mülki şəxs həyatını itirib

24.03.2017, 23:05

Aprel şəhidinin ailəsini sıxışdıran icra nümayəndəsi, SƏN KİMSƏN?!  

24.03.2017, 22:59

Prezidentin izlədiyi oyunda ölkəsi qalib gəldi

24.03.2017, 22:54

Böyük Britaniya Avropa Birliyinə 62 milyard dollar ödəməlidir

24.03.2017, 22:45

Almaniya milli komandası Bakıya gəlib

24.03.2017, 22:26

Rakkanın azad olunması əməliyyatına başlanılıb

24.03.2017, 22:12

Yaponiya güclü zəlzələdən silkələndi

24.03.2017, 21:55

Messiyə hökm oxunacaq

24.03.2017, 21:41

ABŞ-da iki qatar toqquşub

24.03.2017, 21:25

Neftçala sakini küllü miqdarda narkotiklə tutuldu

24.03.2017, 21:12

Terrorçu hava limanında özünü partladıb

24.03.2017, 20:56

Yanğın bir ailəni evsiz qoydu

24.03.2017, 20:37

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

24.03.2017, 20:29

130 maşın toqquşdu: 1 ölü, 59 yaralı

24.03.2017, 20:16

“Rusiya Ermənistana hərbi karvan göndərməyib” – Rəsmi

24.03.2017, 20:02

Rus hərbçilərinə hücumu İŞİD törədib

24.03.2017, 18:34

Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi - XATİRƏ

24.03.2017, 18:21

İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

24.03.2017, 17:53

Misirin sabiq prezidenti 6 illik həbsdən sonra evə buraxılıb

24.03.2017, 17:49

Türkiyədə miqrant qayığı batdı, 11 nəfər boğuldu

24.03.2017, 17:31

85 yaşlı ziyalının Qarabağ istəyi  

24.03.2017, 16:58

Belarus II Avropa Oyunları üçün fəaliyyət planını təsdiq edib

24.03.2017, 16:36

Bakıda erməni malları satan mağaza ilə sayt arasında QALMAQAL

24.03.2017, 16:21

Saatlar irəli çəkilməyəcək - bunun hansı psoxoloji problemi olacaq...

24.03.2017, 16:08

Hansı ali məktəb daha yaxşı təhsil verir? - SORĞU

24.03.2017, 15:29

Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı

24.03.2017, 15:10

Azərbaycanda eşşəklərin sayı niyə azalıb?..

24.03.2017, 15:05

Berti Foqts Bakıya gəlib

24.03.2017, 14:34

Nazir ön cəbhədə müdafiənin təşkilinu yoxladı - FOTO

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.34%)
Azərbaycan Dövlət İqtisad Universiteti(8.69%)
Bakı Dövlət Universiteti(26.0%)
Bakı Ali Neft Məktəbi(4.34%)
Azərbaycan Dillər Universiteti(26.0%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(0%)
Azərbaycan Texniki Universiteti(0%)
Azərbaycan Tibb Universiteti(0%)
Bakı Slavyan Universiteti(13.0%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(17.3%)