Modern.az

Ramiz Mehdiyev: “Qarabağ münaqişəsi kiməsə çirkli biznes kimi sərf edir”

Ramiz Mehdiyev: “Qarabağ münaqişəsi kiməsə çirkli biznes kimi sərf edir”

30 Noyabr 2016, 15:42

“2016-ci il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.


Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsində bildirib.

O qeyd edib ki, nə iki ölkə prezidentlərinin görüşləri, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verib:

“Qarabağ probleminin həllində, danışıqların bərpasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kim söz verə bilməz ki, Dağlıq Qarabağdakı atəşkəs rejimi gələcəkdə ədalətli sülhlə nəticələnəcək. Axı əslində müharibə nə cəbhədə, nə diplomatik, nə də media məkanında bitib. 

Kimlər üçünsə Dağlıq Qarabağ uğrunda münaqişə biznes kimi, çirkin biznes və çirkin siyasət yürütmək baxımından sərf edir”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi