Modern.az

OPEK prezidenti tarixi razılaşmanın detallarını AÇIQLADI

OPEK prezidenti tarixi razılaşmanın detallarını AÇIQLADI

İqtisadiyyat

30 Noyabr 2016, 21:44

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) üzvlərinin hamısı neft hasilatının azaldılması barədə Vyanada əldə olunan razılaşmaya qoşulublar.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda OPEK-in prezidenti, Qətərin energetika naziri Məhəmməd ben Saleh əs-Səda bildirib.

 

O qeyd edib ki, Rusiya gündəlik 300 min barel neft hasilatını azaltmağa razı olub.

 

“Razılaşmaya görə, neft ixrac edən ölkələr hasilatı azaldacaq. OPEK-ə daxil olmayan ölkələr gündə 600 min barel hasilatı azaldacaqlar. Bildirmək istəyirəm ki, Rusiya hasilatı 300 min barel azaltmağa razılaşıb. Səudiyyə Ərəbistanı isə gündə 486 min barel hasilatı azaldacaq”-deyə nazir bildirib.

 

Onun sözlərinə görə, OPEK ölkələri 2017-ci ilin may atının 25-də yenidən bir araya gələcək.

 

“Ümumilikdə bu razılaşma neft sənayesinin canlanmasına, ortamüddətli və uzunmüddətli perspektivdə neft sahəsinə investisiya qoymağa yardımçı olacaq”.

 

Qeyd edək ki, bu gün Vyanada OPEK-in sammitində əldə olunan razılaşma gələn ilin yanvar ayından qüvvəyə minəcək. 

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi