Modern.az

Akif Təvəkküloğlu - 54

Akif Təvəkküloğlu - 54

1 Dekabr 2016, 09:19

Dekabrın 1-də Milli Məclisin mətbuat katibi  Akif Təvəkküloğlunun 54 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. 

1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. 1991-ci ildə başlayan jurnalist karyerasını sonradan televiziyada davam etdirib. 

2006-cı ilədək  Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 

2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Akif Təvəkküloğlu Milli Məclisə mətbuat katibi təyin olunduğu gündən ali qanunverici orqanın mətbuatla işi tam açıq olub.

Ölkədəki dövlət qurumlarının mətbuat xidmətlərinin hansılarının jurnalistlərə açıq olduğunu müəyyənləşdirən sorğularda Milli Məclisin adı dəfələrlə ön sıralarda yer alıb. Bu məsələdə Akif Təvəkküloğlunun xidmətləri danılmazdır.


Modern.az Akif Təvəkküloğlunu doğum günü münasibətilə təbrik edir...


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir