Modern.az

ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatırıb

 ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatırıb

İqtisadiyyat

1 Dekabr 2016, 11:42

ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyub.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes-forumunda deyib.

Nazir müavini qeyd edib ki, ABŞ şirkətlərinin Azərbaycanda investisiyaları bu vaxtadək 10 milyard dollar təşkil edib: "Təkcə neft sektoruna 9 milyard dollar yatırılıb. İnvestisiyalar daim artır ki, bu da Azərbaycandakı əlverişli investisiya mühitindən xəbər verir".

S.Babayev bildirib ki, ABŞ iqtisadiyyatına qoyulan Azərbaycan sərmayələri isə təqribən 3 milyard dollar təşkil edir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır